закрыть
Test Test2
Koronavirusla bağlı "Semaşko"da 3 nəfər saxlanılır

Koronavirusla bağlı "Semaşko"da 3 nəfər saxlanılır

Sosial 07-fev, 10:16 11
Bu günə olan nəticələrə əsasən, Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsində 3 nəfər var.

SHOWXEBER.AZ xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi  birgə məlumat yayıb.

Bildirilib ki, xəstəxanada olanların səhhətində ciddi problem aşkarlanmayıb. Həkim müşahidələri davam edir.

Qeyd edilib ki, bu insanlar Çinin koronavirus qeydə alınmayan şəhərlərində olublar. Onların xəstə şəxslərlə kontaktı olmayıb.
Xəstəlik alovlanan ərazidən gələnlər isə xüsusi ayrılmış tibb müəssisəsində saxlanılır. Həmin tibb müəssəsindən verilən məlumata görə, onların da səhhətində hər hansı bir problem aşkarlanmayıb. Karantin müddətinin sonunda onlar da evlərinə buraxılacaqlar.
Oxşar xəbərlər