закрыть
Test Test2
Elza Seyidcahanın döyülməsi ilə bağlı -

Elza Seyidcahanın döyülməsi ilə bağlı - DİN-dən açıqlama

Maqazin 12-fev, 09:08 33
Əməkdar artist Elza Seyidcahanın halı pisləşib və xəstəxanaya yerləşdirilib.


54 saylı Şabran-Siyəzən seçki dairəsindən namizədliyini irəli sürən müğənni seçki günü bacısı və özünün döyüldüyünü iddia edib.

Seçkilərdə uduzan ifaçı "Instagram"-da canlı yayımda ağlaya-ağlaya qollarının keyidiyini, ayaq üstdə dura bilmədiyini deyib. Affekt vəziyyətinə düşən Seyidcahana təcili yardım çağırılıb. Xızıda olan müğənni ilkin yardım edilməsinə imkan verməyib və Bakıya gətirilməsini istəyib. Bacısı və kürəkəninin köməyi ilə Bakıya gətirilib və xəstəxanaya yerləşdirilib.
Sənətçinin döyülməsi ilə bağlı iddiasına DİN-dən reaksiya verilib.


Axar.az-ın sorğusuna cavab olaraq DİN mətbuat xidmətindən bildirilib ki, hadisə ilə əlaqədar araşdırmaya başlanılıb.


"Bu haqda Şabran Rayon Polis Şöbəsinə müraciət olunub. Hazırda bu məsələ ilə bağlı araşdırmalar aparılır”, - deyə cavabda qeyd edilib.
Oxşar xəbərlər