17:02 "Elgizlə Zaur verilişlərinə getməyim üçün mənə pul verir"  |     15:45 Parlaq ulduzlar xalq konsertində  |     15:42 Türkandan plastik əməliyyatını tənqid edənlərə cavab  |     15:39 Aygün Kazımovaya gözlənilməz sürpriz - 23 İL SONRA GÖRÜŞDÜLƏR  |     15:37 Ebru Gündəşin istəyi gündəm oldu - "Üzük başım boyda olsun"  |     15:36 Bakıda 21 yaşlı model bədbəxt hadisədə öldü  |     11:28 Faiq Ağayevə SƏRT QADAĞA - tədbirlərdə yalnız yarımsaatlıq çıxış edəcək  |     10:25 Tünzalə Ağayevanın yeni görünüşü  |     14:18 Yalvarmaqdan yorulmuşam" - Brilliant Dadaşovadan oğluna  |     14:14 “Nə yaxşı kı, dünyaya gəlmişəm“ - DOĞUM GÜNÜDÜR  |     15:30 Yusif Mustafayevin ölüm xəbəri yayıldı  |     14:46 Bu gün qızının toyudur - Mediaya qapalı olacaq  |     14:43 "Babamın haqsızlığa ürəyi dözmədi" - FOTOLAR  |     14:40 Aparıcı ilə xanəndə arasında qalmaqal  |     14:26 Amilin verilişində dediyi sözlərə görə cəzalandırıldı  |     14:21 “Bir insan ki, illərdir tanıdığı insana qarğış edə...” - Müğənni  |     14:19 Aysun: Depressiya keçirirəm  |     14:17 Yaşar Yusubdan kişi həmkarlarına: “Qadın kimi…”  |     13:19 Aygün Kazımovadan daha bir diqqətçəkən yenilik  |     12:57 Cavanşir Məmmədov vəfat etdi  |    

“Bakcell” pulsuz verir, "Azercell" isə həm satır, həm də ələ salır

12.02.2020 - 290 - Sosial

Azərbaycanın aparıcı mobil operatoru hesab edilən “Azercell”in 4G-yə keçidi narazılıq doğurub.

Sosial şəbəkə istifadəçiləri “Azercell”in 4G şəbəkəsinin Bakının heç də hər yerində tutmadığını, 3G ilə müqayisədə daha zəif əhatə dairəsi olduğunu, hətta metroda fəaliyyətini tamamilə dayandırdığını bildirirlər. Halbuki 3G metroda aşağı sürətlə də olsa, fəaliyyət göstərirdi.

Narazılıq doğuran digər əsas məqam isə “Azercell”in 4G-yə keçid üçün abunəçilərinə yanaşmasıdır. Belə ki, “Bakcell” şirkəti öz abonentlərinə zəng edir, artıq 4G-yə keçidin başladığını bildirir və abunəçisinin olduğu ünvana kuryeri vasitəsilə həmin nömrənin 4G-ni dəstəkləyən dublikatını təmənnasız olaraq göndərir. Yəni abunəçi heç bir yerə getmir, heç bir ödəniş etmir, bu xidməti “Bakcell” öz abunəçisinə hədiyyə edir.

“Azercell”də isə bu proses sadəcə məşəqqətlidir. Bundan ötrü mütləq “Azercell”in müştəri xidmətlərinə yaxınlaşmalı, növbə tutmalı, xeyli vaxt itirməlisən və ən nəhayət, nömrənin 4G dublikatını üçün 3 manat 50 qəpik əlavə ödəniş etməlisən.

Bütün bunlar isə “Azercell” abunəçilərinin ciddi narazılığına səbəb olur və bu operatorun öz abonentlərinə hörmətsizliyi kimi qiymətləndirilir. Təsadüfi deyil ki, artıq “Azercell” abonentləri digər mobil operatorlara istiqamətləniblər.

///axar.az


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti