Şəhid əsgərimiz bu gün dəfn edilir

Şəhid əsgərimiz bu gün dəfn edilir

Sosial 06-mar, 10:39 25
Ötən gün düşmən snayperi tərəfindən açılan atəş nəticəsində şəhid olan Dövlət Sərhəd Xidmətinin (DSX) əsgəri, 1996-cı il təvəllüdlü Paşazadə Orxan Nazim oğlu bu gün Cəlilabad rayonunda dəfn ediləcək.


SHOWXEBER.AZ oxu.az-a istinadən xəbər verir ki, hazırda şəhidlə ailəsinin yaşadığı Cəlilabad rayonunun Cəfərxanlı kəndində vida mərasimi keçirilir.



Mərasimdən sonra şəhid kənd qəbiristanlığında torpağa tapşırılacaq.Qeyd edək ki, martın 5-də saat 19:10 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədindəki təmas xəttində atəşkəs rejimi kobud surətdə pozulub.


Düşmən snayperi tərəfindən açılan atəş nəticəsində Qazax rayonunun Quşçu Ayrım kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsində xidmətdə olan sərhədçi əsgər Paşazadə Orxan Nazim oğlu yaralanıb. Əsgər dərhal Qazax rayonunun Diaqnostika Mərkəzinə təxliyyə edilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.


O.Paşazadə Naxçıvan Dövlət Universitetinin İngilis dili müəllimliyi ixtisası üzrə ali təhsilini bitirdikdən sonra hərbi xidmətə yollanmışdı.
Oxşar xəbərlər
z