04:27 “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var” - ŞOK AÇIQLAMA  |     21:49 Rəqsanənin mülklərinə həbs qoyulub - Borclarına görə  |     07:39 İş adamı Manaf Ağayevə ev hədiyyə edib?  |     13:17 Dilarə Brilliant Dadaşovanın məşhur mahnısını oxudu  |     12:17 Qəzaya düşən Aytənlə bağlı ilginc məlumatlar - Dünən...  |     12:09 Aytən Səfərovanın qabırğaları qırılıb - Həyat yoldaşı açıqladı  |     18:05 “8 martda Aygün Kazımovaya gül göndərdim” - Röya Ayxan  |     13:13 Lətifə Soyuözdən illər sonra yenilik - Audio  |     22:01 Tünzalə Ağayeva “Beynəlxalq Mədəniyyət Günü”ndə  |     11:18 "Gələcəkdə Ajda Pekkan kimi olacağam" - Xoşqədəm  |     09:56 Türkan Vəlizadə səs-küy yaradan estetik əməliyyatını şərh etdi  |     13:53 O pul olmasaydı, məcbur qalıb evimi, qızıllarımı satacaqdım - Xatun  |     13:50 Aygün Kazımova və Zülfiyyə Xanbabayeva bir arada - Fotolar  |     13:45 "TikTok bağlansın, oradakıların həyat tərzi tüfeylidir" - Müşfiq Abbasov  |     13:43 Röya “Sənə nə” dedi - Video  |     18:11 Xalq artisti canlı yayımda kövrəldi  |     16:40 "Ölkədə ziyalı yoxdur ki, müğənnilər ekspert olub?"  |     22:01 Xalq artisti Natiq Şirinovun qızının toyu olacaq  |     07:45 Röya Ayxan: “Bir gün Elnarə Xəlilovanın boğazından yapışacağam” - Video  |     07:42 “Ərəblər evimi pis günə qoydu, bir saat ağladım” - Nadir Qafarzadə  |    

"İnşallah, yaxın zamanda Xəzər Tv-də yeni layihəmlə sizlərin qarşısında olacam" - Tolik

7.03.2020 - 259 - Maqazin

Prodüser Tarix Əliyev "Xəzər Tv" də yayımını dayandıran verilişi ilə bağlı açıqlama verib. 
 
SHOWXEBER.AZ xəbər verir ki, tanınmış prodüser açıqlamasında kanalın yeni direktoru Murad Dadaşovla yaxın münasibətlərinin olduğunu və "Hər şey daxil" layihəsinin bağlanmasının heç bir xüsusi səbəbi olmadığını bildirib. O, Murad Dadaşovun istəsə onu kanaldan uzaqlaşdıra biləcəyini, ancaq bunun əksinə yeni layihə ilə yenidən efirə qaydacağını əlavə edib:

 
"Əziz dostlar bu açıqlamanı verməklə 2 gündür medianı zəbt edən məsələyə aydınlıq gətirmək istəyirəm. Mən Xərət Tv- də 3 ilə yaxındır "Hər şey daxil" layihəsinin həm rəhbəri, həm də aparıcısıyam. Bu müddət ərzində məni sevən də, sevməyən də qəbul edib. Düzdür, insanların gözü bir şey görməyə öyrəşsə də, düşünürəm ki, dəyişmək, yenilənmək lazımdır. Gərək göz yorulmasın. Xəzər Tv -yə yeni gələn rəhbərim Murad Dadaşov məni bu gün deyil, dünən deyil, 10 ildir tanıyır. Və mən məhz onun sayəsində 3 dəfə ölkənin ən reytinqli realiti-şousu olan "Maşın" şounun iştirakçısı olmuşam. M. Dadaşovun əməyi ilə geniş kütləyə təqdim olunmuşam. O ki, qaldı "Hər şey daxil"in bağlanmasına... Bu son deyil. İnşallah, yaxın zamanda Xəzər Tv-də yeni layihəmlə sizlərin qarşısında olacam. Murad Dadaşov istəsəydi məni kanaldan uzaqlaşdıra bilərdi. Amma o, potensialımı yüksək qiymətləndirərək mənə etibar göstərir. Təşəkkür edirəm. Sonda deyim ki, məni dəstəkləyən də, dəstəkləməyən də sağ olsun. Hər kəsə uğurlar . P.S şəkil 2013 ci ildə cəkilib."
 
Qeyd edək ki, "Hər şey daxil" verilişində şou-biznes nümayəndələri arasında baş verən qalmaqaldan sonra kanalın yeni direktoru Murad Dadaşov verilişi yayımdan qaldırıb. 


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti