13:38 Elnarənin Röya ilə bağlı paylaşımı təəccübləndirdi  |     20:24 Bu verilişlərin də yayım saatı azaldıldı  |     20:18 “Mən və atam zərərçəkənlər üçün 100 milyon köçürdük” - Emin Ağalarov  |     12:12 Yusif Mustafayevə 110 min dollarlıq MAŞIN BAĞIŞLADILAR  |     12:07 “Bu hal təkrarlansa, onları rəzil edəcəyəm!” - Ülviyyə Xəlilbəyli  |     20:27 Zaurun verilişinin yayımı saat yarım azaldıldı  |     20:25 "Zaurun etdiyi yardım heç bir poqramda olmayıb"  |     11:36 Dilarə Kazımovadan retro fotosessiya  |     21:40 Tünzalə “Dünya yalnız səndən ibarət” dedi  |     12:20 Filipp Bakıya bu səbəbdən gəlib  |     18:31 SON DƏQİQƏ! Azərbaycanlı müğənninin anası vəfat etdi  |     15:47 Kadir İnanır xəstəxanaya yerləşdirildi  |     19:56 Röya Bakıya qayıtdı  |     18:41 Aygün Kazımovadan Röya ilə bağlı paylaşım  |     17:26 Namiq Məna oğlunun xəstəliyindən danışdı: “Beynində xoşxassəli şiş...”  |     15:55 Tünzalə Ağayeva Moskvada törədilən terror aktından danışıb  |     06:12 Vəfadan ölüm xəbərinə reaksiya  |     22:18 Silahlı insident baş verən “Vegas City Hall“da Röyanın konserti təxirə salındı  |     14:28 Emil Bədəlov xeyli çəki atıb tanınmaz dərəcədə dəyişib  |     12:54 Akif İslamzadənin mahnısına yeni nəfəs qatdı  |    

"Lider" TV-nin yayımının dayandırılması ilə bağlı rəsmi açıqlama

11.03.2020 - 241 - Sosial

Milli Televiziya və Radio Şurası (MTRŞ) "Lider" televiziya kanalının yayımının dayandırılmasına münasibət bildirib.

SHOWXEBER.AZ-ın məlumatına görə, MTRŞ-nin Aparat rəhbəri Asəf Hacıyev "Report"a açıqlamasında bildirib ki, televiziya daxili texniki problemlər səbəbindən yayımını dayandırıb:

"Biz dünən axşam və bu gün səhər "Lider" televiziyası ilə əlaqə saxlamışıq. Problemin nə olduğunu öyrənmişik. Televiziya dünən axşamdan indiyə qədər texniki nasazlıq səbəbindən yayımını dayandırıb. Texniki problemlər aradan qaldırılandan sonra televiziya yayımını davam etdirəcək".

Qeyd edək ki, martın 10-da saat 22:01-də efirə gedən “Gecənin sehrində” verilişi başlayandan sonra "Lider" TV-nin yayımı kəsilib. Hazırda telekanalın yayımı işlək deyil.
Xatırladaq ki, "Lider" TV 2000-ci ildən fəaliyyət göstərir.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti