11:28 Faiq Ağayevə SƏRT QADAĞA - tədbirlərdə yalnız yarımsaatlıq çıxış edəcək  |     10:25 Tünzalə Ağayevanın yeni görünüşü  |     14:18 Yalvarmaqdan yorulmuşam" - Brilliant Dadaşovadan oğluna  |     14:14 “Nə yaxşı kı, dünyaya gəlmişəm“ - DOĞUM GÜNÜDÜR  |     15:30 Yusif Mustafayevin ölüm xəbəri yayıldı  |     14:46 Bu gün qızının toyudur - Mediaya qapalı olacaq  |     14:43 "Babamın haqsızlığa ürəyi dözmədi" - FOTOLAR  |     14:40 Aparıcı ilə xanəndə arasında qalmaqal  |     14:26 Amilin verilişində dediyi sözlərə görə cəzalandırıldı  |     14:21 “Bir insan ki, illərdir tanıdığı insana qarğış edə...” - Müğənni  |     14:19 Aysun: Depressiya keçirirəm  |     14:17 Yaşar Yusubdan kişi həmkarlarına: “Qadın kimi…”  |     13:19 Aygün Kazımovadan daha bir diqqətçəkən yenilik  |     12:57 Cavanşir Məmmədov vəfat etdi  |     10:15 Bir millət, iki dövlət: Qardaşlıq layihəsi  |     04:27 “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var” - ŞOK AÇIQLAMA  |     21:49 Rəqsanənin mülklərinə həbs qoyulub - Borclarına görə  |     07:39 İş adamı Manaf Ağayevə ev hədiyyə edib?  |     13:17 Dilarə Brilliant Dadaşovanın məşhur mahnısını oxudu  |     12:17 Qəzaya düşən Aytənlə bağlı ilginc məlumatlar - Dünən...  |    

"Telekanalın maliyyə borcu var" - MTRŞ sədri "Lider"dən danışdı

11.03.2020 - 229 - Sosial

Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli Lider TV-nin yayımının dayandırılmasının səbəbini açıqlayıb.

SHOWXEBER.AZ-ın məlumatına görə, N.Məhərrəmli APA-ya açıqlamasında bildirib ki, telekanalın yayımının dayandırılması barədə MTRŞ tərəfindən hər hansı qərar qəbul edilməyib.

“Bu, Lider TV və Teleradio İstehsalat Birliyi arasında olan texniki məsələdir. Tərəflər bu məsələni öz arasında həll edəcək. Telekanalın maliyyə borcu var. Qanunvericiliyə görə, telekanal 30 gün müddətində ard-arda, yaxud da il ərzində fasilələrlə 60 gün müddətində yayımlanmasa, Şura tərəfindən onun yayımının dayandırılması məsələsinə baxıla bilər.

Belə olan zaman biz telekanalın yayımını dayandıra bilərik. Bu, texniki məsələdir. Texniki məsələ olduğuna görə telekanalın yayımı Teleradio İstehsalat Birliyi tərəfindən dayandırılıb. Bizim tərəfimizdən kanalın yayımının dayandırılması barədə qərar verilməyib. Məsələ həllini tapacaq”, - deyə MTRŞ sədri vurğulayıb.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti