11:28 Faiq Ağayevə SƏRT QADAĞA - tədbirlərdə yalnız yarımsaatlıq çıxış edəcək  |     10:25 Tünzalə Ağayevanın yeni görünüşü  |     14:18 Yalvarmaqdan yorulmuşam" - Brilliant Dadaşovadan oğluna  |     14:14 “Nə yaxşı kı, dünyaya gəlmişəm“ - DOĞUM GÜNÜDÜR  |     15:30 Yusif Mustafayevin ölüm xəbəri yayıldı  |     14:46 Bu gün qızının toyudur - Mediaya qapalı olacaq  |     14:43 "Babamın haqsızlığa ürəyi dözmədi" - FOTOLAR  |     14:40 Aparıcı ilə xanəndə arasında qalmaqal  |     14:26 Amilin verilişində dediyi sözlərə görə cəzalandırıldı  |     14:21 “Bir insan ki, illərdir tanıdığı insana qarğış edə...” - Müğənni  |     14:19 Aysun: Depressiya keçirirəm  |     14:17 Yaşar Yusubdan kişi həmkarlarına: “Qadın kimi…”  |     13:19 Aygün Kazımovadan daha bir diqqətçəkən yenilik  |     12:57 Cavanşir Məmmədov vəfat etdi  |     10:15 Bir millət, iki dövlət: Qardaşlıq layihəsi  |     04:27 “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var” - ŞOK AÇIQLAMA  |     21:49 Rəqsanənin mülklərinə həbs qoyulub - Borclarına görə  |     07:39 İş adamı Manaf Ağayevə ev hədiyyə edib?  |     13:17 Dilarə Brilliant Dadaşovanın məşhur mahnısını oxudu  |     12:17 Qəzaya düşən Aytənlə bağlı ilginc məlumatlar - Dünən...  |    

Manaf Ağayev məşhurlarla karantin rejimini pozdu - VİDEO

11.05.2020 - 293 - Maqazin

Azərbaycanın tanınmış müğənnilərindən olan Manaf Ağayev ölkədə tətbiq olunan xüsusi karantin rejimini pozub.

Buna ifaçının öz dostlarına şəxsi evində iftar verməsi səbəb olub.
Belə ki, iftar süfrəsində azı 12 nəfər iştirak edib ki, bu da Nazirlər Kabineti Yanında Operativ Qərargah tərəfindən açıqlanan karantin qaydalarına ziddir.


Qeyd edək ki, Manaf Ağayevin iftara dəvət etdiyi şəxslər arasında müğənni Teymur Əmrah, Vasif Məhərrəmli ilə yanaşı, kikboksçu Eduard Məmmədov kimi tanınmışlar da var. Onların karantin rejimini bu şəkildə pozması sosial mediada birmənalı qarşılanmayıb.

Onu da əlavə edək ki, son günlərdə ölkədə koronavirus infeksiyasına yoluxmada artım müşahidə edilir. Bu səbəbdən rəsmi qurumlar vətəndaşlara çağırış edərək həm sosial məsafə saxlamağı, həm də cəm halda bir yerə toplaşmamağı tələb edir.

Bundan başqa, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası  Ramazan ayından öncə bəyanat yayaraq, vətəndaşları karantin rejimi ilə əlaqədar olaraq, iftar süfrəsinin hər bir evdə yalnız ailə üzvlərinin iştirakı ilə açılmasına çağırmışdı.

///qafqazinfo




Showxeber Bizi instagramda izləyin



Xəbər xətti