04:27 “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var” - ŞOK AÇIQLAMA  |     21:49 Rəqsanənin mülklərinə həbs qoyulub - Borclarına görə  |     07:39 İş adamı Manaf Ağayevə ev hədiyyə edib?  |     13:17 Dilarə Brilliant Dadaşovanın məşhur mahnısını oxudu  |     12:17 Qəzaya düşən Aytənlə bağlı ilginc məlumatlar - Dünən...  |     12:09 Aytən Səfərovanın qabırğaları qırılıb - Həyat yoldaşı açıqladı  |     18:05 “8 martda Aygün Kazımovaya gül göndərdim” - Röya Ayxan  |     13:13 Lətifə Soyuözdən illər sonra yenilik - Audio  |     22:01 Tünzalə Ağayeva “Beynəlxalq Mədəniyyət Günü”ndə  |     11:18 "Gələcəkdə Ajda Pekkan kimi olacağam" - Xoşqədəm  |     09:56 Türkan Vəlizadə səs-küy yaradan estetik əməliyyatını şərh etdi  |     13:53 O pul olmasaydı, məcbur qalıb evimi, qızıllarımı satacaqdım - Xatun  |     13:50 Aygün Kazımova və Zülfiyyə Xanbabayeva bir arada - Fotolar  |     13:45 "TikTok bağlansın, oradakıların həyat tərzi tüfeylidir" - Müşfiq Abbasov  |     13:43 Röya “Sənə nə” dedi - Video  |     18:11 Xalq artisti canlı yayımda kövrəldi  |     16:40 "Ölkədə ziyalı yoxdur ki, müğənnilər ekspert olub?"  |     22:01 Xalq artisti Natiq Şirinovun qızının toyu olacaq  |     07:45 Röya Ayxan: “Bir gün Elnarə Xəlilovanın boğazından yapışacağam” - Video  |     07:42 “Ərəblər evimi pis günə qoydu, bir saat ağladım” - Nadir Qafarzadə  |    

"Qızıma sosial şəbəkədən istifadəyə icazə vermirəm" - Məleykə Əsədova

14.05.2020 - 274 - Maqazin

"Karantində bir gün də boş dayanmadım. Hər gün işləyirəm. Şeirlər oxuyuram, axtarışdayam. Sonra onları özümünküləşdirdim. Sonra da uşağımın dərsləri ilə məşğul oldum".

Xalq artisti Məleykə Əsədova "Ona qalsa" verilişində deyib. Aktrisa karantin günlərindən bəhs edib.

Əsədova daha sonra qızı Gülərdən danışıb. O bildirib ki, övladını sosial şəbəkədən istifadə etməyə qoymur:

"Qızımı çox oxutdururam. Onun var-dövləti savad olacaq. İndi yorulur, məndən inciyir, amma bilirəm sonra mənə "sağ ol" deyəcək. Deyirəm, nə istəyirsən edirəm, amma oxu. Dövlət imtahanı verməli idi. Onu xaricdə təhsil almağa qoya bilmərəm, çünki özüm gedə bilmirəm.

21-ci əsrin xanımıyam. Amma internet zəmanəsinə gəlmişik. Hər şey telefon və internetdir. Mən də bunun əksinəyəm. Bu, insanlar arasında ünsiyyətsizlik, soyuqluq yaratdı. Əsəbləşirəm, qızımın bütün günü əlində yelefon və iPad var. Axı, onun gözünə, canına zərərdir. Canı sağlam olmur. Bütün günü beyni oradadır.

Qızıma qəti sosial şəbəkə icazə vermirəm: İnstaqram, Facebook qəti ola bilməz. Orada yazılar çıxır, istəmirəm bilsin. Böyüyəndə istifadə edər. Hətta İnstaqramda qoyulan çox məlumatları özüm də oxumuram. İstəmirəm beynimi korlayım.
Gülərin dünyaya baxışı başqa cürdür.

Böyük danışmayım, bilmək olmaz sabah nə olacaq. Amma tək arzum odur ki, bütün övladlar xeyirli olsun".

Əsədova aparıcı Nazilə Səfərlinin "Qızınızı istismar edirsiz" sözlərinə "Yox. Gələcəkdə mənə "sağ ol" deyəcək. İndi mən ona var-dövlət verirəm. Qızımın bütün istəkləri həyata keçir. O da mənim bu istəyimi gerçəkləşdirsin" cavabını verib.

///axsam.az


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti