17:02 "Elgizlə Zaur verilişlərinə getməyim üçün mənə pul verir"  |     15:45 Parlaq ulduzlar xalq konsertində  |     15:42 Türkandan plastik əməliyyatını tənqid edənlərə cavab  |     15:39 Aygün Kazımovaya gözlənilməz sürpriz - 23 İL SONRA GÖRÜŞDÜLƏR  |     15:37 Ebru Gündəşin istəyi gündəm oldu - "Üzük başım boyda olsun"  |     15:36 Bakıda 21 yaşlı model bədbəxt hadisədə öldü  |     11:28 Faiq Ağayevə SƏRT QADAĞA - tədbirlərdə yalnız yarımsaatlıq çıxış edəcək  |     10:25 Tünzalə Ağayevanın yeni görünüşü  |     14:18 Yalvarmaqdan yorulmuşam" - Brilliant Dadaşovadan oğluna  |     14:14 “Nə yaxşı kı, dünyaya gəlmişəm“ - DOĞUM GÜNÜDÜR  |     15:30 Yusif Mustafayevin ölüm xəbəri yayıldı  |     14:46 Bu gün qızının toyudur - Mediaya qapalı olacaq  |     14:43 "Babamın haqsızlığa ürəyi dözmədi" - FOTOLAR  |     14:40 Aparıcı ilə xanəndə arasında qalmaqal  |     14:26 Amilin verilişində dediyi sözlərə görə cəzalandırıldı  |     14:21 “Bir insan ki, illərdir tanıdığı insana qarğış edə...” - Müğənni  |     14:19 Aysun: Depressiya keçirirəm  |     14:17 Yaşar Yusubdan kişi həmkarlarına: “Qadın kimi…”  |     13:19 Aygün Kazımovadan daha bir diqqətçəkən yenilik  |     12:57 Cavanşir Məmmədov vəfat etdi  |    

“Metro rəhbərliyi gediş qiymətinin 50 qəpik olmasını istəyir” - AÇIQLAMA

14.05.2020 - 362 - Sosial

Sosial məsafənin qiyməti
 
Son zamanlar ən çox eşitdiyimiz, oxuduğumuz deyimlərdən biri “sosial məsafə” anlayışıdır. Bütün alimlər, mütəxəssislər deyir ki, hələ uzun zaman sosial məsafə anlayışı ilə yaşayacağıq, davranış qaydalarımız bu anlayışa görə çox dəyişəcəyik.
 
Tamam da, bəs bu sosial məsafənin iqtisadi qiymətini kim ödəyəcək?! Dövlət və biznes buna hazırdımı?! Qiymətlər artacaqmı?! Sosial məsafənin bədəlini xalqmı ödəyəcək?! Bu sualların hələ cavabı yoxddur, həkimlər haqlı olaraq sosial məsafə tələb edir, amma bu addım çox bahalıdır, qiymətini kim və necə ödəyəcək - bu məlum deyil.
 
Məsələn: 1) Nəqliyyatda sosial məsafəni saxlamaq üçün avtobuslar və metro yarıboş çalışmalıdır, bunun üçün yüzlərlə yeni avtobus, metro qatarları alınmalıdır. Hökumət buna hazırdımı?! Alınacaq yeni avtobuslar və qatarlar nəqliyyatda gediş haqqına təsir edəcəkmi?! Metro rəhbərliyi zatən gediş qiymətinin 50 qəpik olması istəyir - koronavirus buna bahənə olamayacaq ki?! 2) Bərbərxanalar və gözəllik salonlarından sosial məsafə uyğulamaq tələb olunur, kreslolar arası məsafə geniş olmalıdır. Bu həmin obyektlərin dövriyyəsini 30-35% azaldacaq - bunun bədəlini kim ödəyəcək?! Tək çlxış qiymət artımı olacaq?! 3) Kafe və restoranlara da eyni qaydada sosial məsafə ayarı gətiriləcək, xub, masa sayı ən azı 30% azalacaq, hətta əvvəl bir masada 6-7 nəfər otururdusa, indi 3-4 nəfər oturacaq, deməli dövriyyə və gəlirləri ən azı 50% aşağı düşəcək - bu qiymət artımına gətirib çıxarmayacaqmı, və işçi sayının azalmasına səbəb olmayacaqmı?! 4) İdman zalları müştəri axınını ən azı 50% azaltmalıdır ki, sosial məsafə qorunsun - bu qiymətləri yüksəltməyəcəkmi?! 5) Bütün obyektlərin dezinfeksiya xərcləri ciddi artacaq, bu da ən azı 5% mal və xidmətlərin maya dəyərinə təsir edəcək, həmin xərclərdəmi millətin cibindən çıxacaq?!
 
Siyahını uzadaraq bura kinoteatrları, şadlıq saraylarını, hava limanlarını, təyyarələri və s. daxil etmək olar – bu alanlarda sosial məsafənin dəyərini kim ödəyəcək?! Dövriyyə və gəlirlər azalsa işsizlik artmayacaqmı?!
 
Belə çıxır ki, sosial məsafənin bədəlini daha çox müştəri ödəməli olacaq. Sadaladağım və hələ sonra önə çıxacaq əlavə xərclər onu deməyə əsas verir ki, sosial məsafə çox bahalı davranış qaydasıdır. Yükün altına dövlət də qirməsə xalqın cibinə ciddi ziyan dəyəcək. Hökumətimiz, bilirsiniz ki, “vizioner” deyil, həmişə problemlər yaranır, sonra onları çözməyə çalışır, yəni həmişə səbəblə deyil də, nəticə ilə məşğuldur. Bu gün qaldırdığım məsələ ətrafında ciddi kafa yormaq lazımdır, burda müzakirəyə başlayaq, hökumət də bəlkə oxuyub bir nəticə çlxarar. Dəqiq bilirəm ki, oxuyurlar, amma nəticə çıxaracaqlarmı – bundan əmin deyiləm...
 
P.S. Lütfən məni qəlbsiz, ürəksiz biri kimi təqdim edərək, “sosial məsafənin qiyməti insan həyatıdır”, tipli populist şərhlər yazmayın – mənim müzakirəyə çıxartdığım məsələ fərqlidir, reallıqdır...
 


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti