18:05 “8 martda Aygün Kazımovaya gül göndərdim” - Röya Ayxan  |     13:13 Lətifə Soyuözdən illər sonra yenilik - Audio  |     22:01 Tünzalə Ağayeva “Beynəlxalq Mədəniyyət Günü”ndə  |     11:18 "Gələcəkdə Ajda Pekkan kimi olacağam" - Xoşqədəm  |     09:56 Türkan Vəlizadə səs-küy yaradan estetik əməliyyatını şərh etdi  |     13:53 O pul olmasaydı, məcbur qalıb evimi, qızıllarımı satacaqdım - Xatun  |     13:50 Aygün Kazımova və Zülfiyyə Xanbabayeva bir arada - Fotolar  |     13:45 "TikTok bağlansın, oradakıların həyat tərzi tüfeylidir" - Müşfiq Abbasov  |     13:43 Röya “Sənə nə” dedi - Video  |     18:11 Xalq artisti canlı yayımda kövrəldi  |     16:40 "Ölkədə ziyalı yoxdur ki, müğənnilər ekspert olub?"  |     22:01 Xalq artisti Natiq Şirinovun qızının toyu olacaq  |     07:45 Röya Ayxan: “Bir gün Elnarə Xəlilovanın boğazından yapışacağam” - Video  |     07:42 “Ərəblər evimi pis günə qoydu, bir saat ağladım” - Nadir Qafarzadə  |     07:39 Elton Hüseynəliyev toy qiymətlərini niyə artırıb?  |     20:36 Zamiq "Oğlum" dedi - VİDEO  |     13:19 Naibə Allahverdiyevanın son durumu: Evə buraxılıb  |     13:17 Alla Puqaçovanın arıqlama sirri başqalarını məhv edir  |     10:35 Yenidən yayıma hazırlaşan “Toylar kralı” yarışmasının münsifləri bəlli oldu  |     10:32 Meryem Üzerli ilə birgecəlik şam yeməyinin qiyməti açıqlandı  |    

Bu günlərdə sənə nə qədər bağlı olduğumu anladım

17.05.2020 - 227 - Sosial

Bakı körpə uşaq kimi sevinir. Küləyin əsməsi də yəqin onun səbirsizliyindəndir. Axı gecə saat 12-dən sonra darıxdığı doğmalarına qovuşacaq. O doğmalar ki, yenə küçələrə axışacaq, deyib güləcək hətta köhnə adətlərinə sadiq qalıb əllərindəki zibilləri yerə ataracaqlar. 

Şəhərin darıxdığı kəslərin də onun üçün burnunun ucu bir başqa cür göynəyir. Şəhəri aptek, mağaza və yas üçün göndərilən sms bəhanəsi olmadan gəzə biləcəklər. 

Sabahı böyük həvəslə gözləyən həm də Bakının köhnə sakinləridir. Yaşlandıqca uşaqlaşan, yaşı 65-i keçənlər üçün sabah sözün əsl mənasında bayramdır.  Artıq karantin şərtlərini pozmadan, ürəklə küçəyə çıxacaqlar. 

Hər şey bir kənara, amma Bakı küçələri insanlarla daha gözəldir. Adam lap "Ey Bakı,  bu qədər dincəldiyin bəsdir!" demək istəyir. 

Düşünə bilməzdim ki, hansısa gözə görünməyən bir virus bizi ayrı sala bilər.

Sevimli şəhərim, sənin üçün o qədər darıxmışam ki, küçələrini addım-addım gəzsəm, qoxunu içəmə çəksəm belə kifayət etməz. Bu günlərdə bir daha sənə nə qədər bağlı olduğumu anladım. Bir də bildim ki, sən elə yaxşı və pisinlə, varlığın və çatışmazlığınla, gecə və gündüzünlə möhtəşəmsən. Yəni, səni necə varsansa elə də sevirəm.

Nə sən nə də mən ürəyimizi sıxmayaq. Sayılı saatlar qalıb. Qovuşacağıq. Sən küləyinlə, günəşinlə məni əzizləyəcəksən. Mən isə sənə hər gün daha çox bağlanacağam.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti