18.05.2020 - 257 - Sosial
Bu gün günün ikinci yarısında Bakının Sabunçu rayonunun 1-ci Zabrat qəsəbəsi ərazisində "Azərişıq” ASC-nin əməkdaşını cərəyan vurub.
Hələlik adı dəqiqləşdirilən Sabunçu Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) əməkdaşı yerindəcə keçinib.
Hadisə yerinə dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. Faktla bağlı araşdırma aparılır.
///Report