11:28 Faiq Ağayevə SƏRT QADAĞA - tədbirlərdə yalnız yarımsaatlıq çıxış edəcək  |     10:25 Tünzalə Ağayevanın yeni görünüşü  |     14:18 Yalvarmaqdan yorulmuşam" - Brilliant Dadaşovadan oğluna  |     14:14 “Nə yaxşı kı, dünyaya gəlmişəm“ - DOĞUM GÜNÜDÜR  |     15:30 Yusif Mustafayevin ölüm xəbəri yayıldı  |     14:46 Bu gün qızının toyudur - Mediaya qapalı olacaq  |     14:43 "Babamın haqsızlığa ürəyi dözmədi" - FOTOLAR  |     14:40 Aparıcı ilə xanəndə arasında qalmaqal  |     14:26 Amilin verilişində dediyi sözlərə görə cəzalandırıldı  |     14:21 “Bir insan ki, illərdir tanıdığı insana qarğış edə...” - Müğənni  |     14:19 Aysun: Depressiya keçirirəm  |     14:17 Yaşar Yusubdan kişi həmkarlarına: “Qadın kimi…”  |     13:19 Aygün Kazımovadan daha bir diqqətçəkən yenilik  |     12:57 Cavanşir Məmmədov vəfat etdi  |     10:15 Bir millət, iki dövlət: Qardaşlıq layihəsi  |     04:27 “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var” - ŞOK AÇIQLAMA  |     21:49 Rəqsanənin mülklərinə həbs qoyulub - Borclarına görə  |     07:39 İş adamı Manaf Ağayevə ev hədiyyə edib?  |     13:17 Dilarə Brilliant Dadaşovanın məşhur mahnısını oxudu  |     12:17 Qəzaya düşən Aytənlə bağlı ilginc məlumatlar - Dünən...  |    

Toyların keçirilməsinə icazə oktyabrda veriləcək?- AÇIQLAMA

28.05.2020 - 392 - Sosial

Xəbər verdiyimiz kimi bu il Azərbaycanda Məhərrəm ayı Miladi təqvimi ilə avqustda başlayacaq. 

Showxeber.Az  xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) əməkdaşı Vüsal Cahangirli Lent.az-a bildirib ki, bu il ölkəmizdə Məhərrəm ayının 1-i Miladi təqvimi ilə avqustun 21-nə təsadüf edir.
Məhərrəmin 10-cu günü, yəni Aşura avqustun 30-da qeyd olunacaq.

Məhərrəm ayından sonra gələn Səfər ayının bitməsi bu il oktyabrın 17-nə düşür. Beləliklə, artıq oktyabrın 18-dən toy və digər şadlıq mərasimlərini keçirmək mümkün olacaq.

QMİ əməkdaşı onu da bildirib ki, bu il Qurban bayramı iyulun 31-nə təsadüf edir.
 
Bundan nəticə çıxarsaq, toyların keçirilməsi üçün vaxt ancaq iyun, iyul və avqust ayının ilk həftələri qalır. Qeyd olunan aylarda toyların keçirilməsi gözlənilirmi?

Mövzu ilə bağlı Sonxeber.az-a Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov açıqlama verib.

"Bu gün üçün belə qərar yoxdur. Sabah nə olacaq, bu virusun yayılma şərtlərindən asılıdır. Göstəricilər necə olacaqsa, ona uyğun olaraq Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qərar qəbul oluncaq. Bu xəstəliyin yayılması ilə yoluxmanın dərəcəsi və miqyasından asılı olan bir şeydir. Kimsə bunu öz arzularına əsasən deyə bilməz. Təbi ki, biz də arzu edirik ki, sabahdan hər şey bitsin və həyat öz normasına qayıtsın. Bunu hər kəs istəyər".


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti