17:02 "Elgizlə Zaur verilişlərinə getməyim üçün mənə pul verir"  |     15:45 Parlaq ulduzlar xalq konsertində  |     15:42 Türkandan plastik əməliyyatını tənqid edənlərə cavab  |     15:39 Aygün Kazımovaya gözlənilməz sürpriz - 23 İL SONRA GÖRÜŞDÜLƏR  |     15:37 Ebru Gündəşin istəyi gündəm oldu - "Üzük başım boyda olsun"  |     15:36 Bakıda 21 yaşlı model bədbəxt hadisədə öldü  |     11:28 Faiq Ağayevə SƏRT QADAĞA - tədbirlərdə yalnız yarımsaatlıq çıxış edəcək  |     10:25 Tünzalə Ağayevanın yeni görünüşü  |     14:18 Yalvarmaqdan yorulmuşam" - Brilliant Dadaşovadan oğluna  |     14:14 “Nə yaxşı kı, dünyaya gəlmişəm“ - DOĞUM GÜNÜDÜR  |     15:30 Yusif Mustafayevin ölüm xəbəri yayıldı  |     14:46 Bu gün qızının toyudur - Mediaya qapalı olacaq  |     14:43 "Babamın haqsızlığa ürəyi dözmədi" - FOTOLAR  |     14:40 Aparıcı ilə xanəndə arasında qalmaqal  |     14:26 Amilin verilişində dediyi sözlərə görə cəzalandırıldı  |     14:21 “Bir insan ki, illərdir tanıdığı insana qarğış edə...” - Müğənni  |     14:19 Aysun: Depressiya keçirirəm  |     14:17 Yaşar Yusubdan kişi həmkarlarına: “Qadın kimi…”  |     13:19 Aygün Kazımovadan daha bir diqqətçəkən yenilik  |     12:57 Cavanşir Məmmədov vəfat etdi  |    

Azərbaycanda itləri döyüşdürüb bir-birinə yedirənlər həbs edildi - Rəsmi

28.05.2020 - 362 - Sosial

Xəbər verdiyimiz kimi, it döyüşlərini əks etdirən videogörüntülər sosial şəbəkələrdə yayıldıqdan sonra məsələ dərhal Daxili İşlər Nazirliyi tərəfindən nəzarətə götürülüb və polis əməkdaşları tərəfindən həmin şəxslər müəyyən edilərək saxlanılıb.

DİN-dən Showxeber.Az-a verilən məlumata görə, şəxsi axtarış zamanı Qubadlı rayon sakini, hazırda Sumqayıt şəhərində yaşayan Mətləb Əliyevdən narkotik vasitə olan metamfetamin aşkar edilərək götürülüb. Faktla əlaqədar cinayət məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma ) maddəsi ilə cinayət işi başlanılıb və onun barəsində məhkəmin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Bakı şəhər sakinləri Rüfət Bədəlov, Hüseyn Əliyev və Murad Ştayev isə aparılan araşdırma ilə əlaqədar izahatlarının alınması üçün polisə dəvət edilərkən qəsdən tabeçilik göstərməyərək polis əməkdaşının qanuni tələblərinə tabe olmayıblar. Onların hər biri barədə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib və məhkəmənin qərarı ilə 1 ay müddətinə inzibati qaydada həbs ediliblər.

Xatırladaq ki, bir neçə gün öncə sosial şəbəkələrdə itlərin döyüşdürülərək bir-birini parçalaması barədə videogörüntülər yayılıb. Məlumatda qeyd olunub ki, Mətləb adlı şəxs “Pitbull” fermasında it döyüşləri təşkil edir. İddiaya görə, itlərə narkotik vurub, ölənə qədər döyüşdürürlər. Qeyd edilir ki, hətta küçədən adi itləri tutub, döyüşçü itlərin önünə atırlar.

“Pitbull” küçə itini öldürdükdən sonra isə onun cəsədi doğranılır və cavan döyüş itlərinə yedizdirilir. 


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti