"Təkcə Silvesterin bağında deyil, Madonnanın da bağında olmuşam" -

"Təkcə Silvesterin bağında deyil, Madonnanın da bağında olmuşam" - Xalq artisti qalmaqala son qoydu

Maqazin 30-may, 10:16 57
"Hər şeydən öncə qeyd edim ki, mən bir sənətkaram. Bütün dünyanı gəzmişəm, qastrol səfərlərində olmuşam. Burada şişirdiləsi nə var ki, saytlar yayımlayıb?"

Bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva BiG.AZ-a açıqlamasında deyib:

"20-30 ildir ki, ölkələri gəzirəm. Burada təəccüblənəsi nə var axı? Bilirsiniz kim təəccüblənir? O ki, ölkələri gəzə bilməyənlər. Amerikada, Yaponiyada və digər ölkələrdə olmuşam. Burada böyüdüləsi heç bir şey yoxdur. Gəlin, məsələni sizə izah edim, necə olub?! Nyu-Yorka konsert üçün getmişdim, ondan sonra Los-Ancelesə baş çəkəsi oldum. Hollivudda sənət adamlarının bağı var. İcazə alıb o bağları gəzdik. Təkcə Silvesterin bağında deyil, Madonna və digər sənətçilərin də bağında olmuşam. Orada olanda Silvester bağından maşın ilə çıxırdı, üz-üzə gəldik, yanımda olan tərcüməçi bizi bir-birimizlə tanış etdi. Bu qədər oldu tanışlığımız. Onu da qeyd edim ki, həmin bağları kənardan gəzib görmüşəm".
Oxşar xəbərlər