18:02 Xalq artisti: “Qadının qəlbi məzar, kişinin qəlbi isə dükan kimidir”  |     13:32 3-4 saatlıq verilişləri 30 dəqiqəyə endirildi - ŞOK İDDİA  |     13:31 3-4 saatlıq verilişləri 30 dəqiqəyə endirildi - ŞOK İDDİA  |     17:27 Aygün Bəylərin keçmiş həyat yoldaşından gecikmiş paylaşım  |     17:25 “İlhamə Quliyeva qalib olmağımı istəmirdi” - Günel  |     17:22 İlkin Həsəninin qızı xəstəxanaya yerləşdirildi  |     17:20 "Avroviziya" mahnımız təqdim olundu - Video  |     17:17 "Mənə yox, gedib Xoşqədəm, Lalə və Zaura baxırsınız"  |     17:13 Vəfa Zeynalovanın səhhətində problem yaranıb  |     17:11 Bunu ilk dəfə Dilarə etdi  |     10:10 Aygün Kazımova "Qardaşlıq dastanı" gecəsində  |     21:24 "Qısqananlar çatlasınlar" - Afaq Aslan  |     13:39 “Yaprak dökümü”nün Hayriyesi illər sonra  |     13:36 “Oruc tuta bilmirəm, amma iftar süfrəsi açıram”  |     13:35 Atasının 40-ı çıxmamış oxuyub-oynamasında ÖZÜNƏ HAQQ QAZANDIRDI  |     12:41 Məhkəmə Təranə Səmədova ilə bağlı QƏRAR VERDİ  |     11:26 Yeni layihə üçün sarışın oldu  |     22:47 Nanə Ağamalıyevaya vəzifə verildi  |     22:43 Namiqdən Aygün Kazımova ilə bağlı açıqlama  |     20:45 Zeynəb Xanlarova ilə xoş xatirələrini bölüşdü  |    

Son dəqiqə! Mübariz Mənsimovun şirkəti müflis elan edildi

31.05.2020 - 275 - Sosial

Martın 17-də FETÖ terror təşkilatının üzvü olması iddiası ilə həbs edilən iş adamı Mübariz Mənsimovun sahib olduğu "Palmali Holding Company Limited” müflis olub.


Showxeber.Az xəbər verir ki, "Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.


Məlumata görə, şirkətin müxtəlif ölkələrin banklarına ümumilikdə 900 milyon ABŞ dollaradək borcu var. Belə ki, İngiltərə Ali Məhkəməsinin qəbul etdiyi qərar sadəcə "Palmali Holding Company Limited" və Mübariz Mənsimovun şəxsini deyil, həm də sahib olduğu və əlaqəsi olduğu bütün aktivləri əhatə edir. Qurum Mübariz Mənsimov və şirkətin katibi Joanne Spiterin qərara əməl etmədiyi halda məsuliyyətə cəlb olunacağını və bütün aktivlərinin müsadirə olunacağını bildirib.


Bundan başqa, məhkəmənin qərarına əməl olunmadığı halda dünya miqyasında M.Mənsimovun birbaşa və ya dolayısı ilə iştirak etdiyi bütün şirkətlərin hesablarının və aktivlərinin dondurulmasını və ticarət əməliyyatlarını qadağan edilməsini nəzərdə tutur.


İngiltərə Ali Məhkəməsinin qərarına əsasən, Mübariz Mənsimov və "Palmali Holdinq”in İngiltərə və Uelsdəki ümumilikdə 261,94 milyon ABŞ dollarlıq aktivlərinə həbs qoyub.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti