1.06.2020 - 304 - Sosial
Dünən saat 14:00 radələrində Bakıda iki yaşlı qız bədbəxt hadisənin qurbanı olub.
Showxeber.Az xəbər verir ki, bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Bildirilib ki, Sabunçu rayonu, Pirşağı qəsəbəsinin Qızılqum yaşayış massivində 2018-ci il təvəllüdlü E.K. həyətlərində yerləşən hovuzda boğulub.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.