15:45 Parlaq ulduzlar xalq konsertində  |     15:42 Türkandan plastik əməliyyatını tənqid edənlərə cavab  |     15:39 Aygün Kazımovaya gözlənilməz sürpriz - 23 İL SONRA GÖRÜŞDÜLƏR  |     15:37 Ebru Gündəşin istəyi gündəm oldu - "Üzük başım boyda olsun"  |     15:36 Bakıda 21 yaşlı model bədbəxt hadisədə öldü  |     11:28 Faiq Ağayevə SƏRT QADAĞA - tədbirlərdə yalnız yarımsaatlıq çıxış edəcək  |     10:25 Tünzalə Ağayevanın yeni görünüşü  |     14:18 Yalvarmaqdan yorulmuşam" - Brilliant Dadaşovadan oğluna  |     14:14 “Nə yaxşı kı, dünyaya gəlmişəm“ - DOĞUM GÜNÜDÜR  |     15:30 Yusif Mustafayevin ölüm xəbəri yayıldı  |     14:46 Bu gün qızının toyudur - Mediaya qapalı olacaq  |     14:43 "Babamın haqsızlığa ürəyi dözmədi" - FOTOLAR  |     14:40 Aparıcı ilə xanəndə arasında qalmaqal  |     14:26 Amilin verilişində dediyi sözlərə görə cəzalandırıldı  |     14:21 “Bir insan ki, illərdir tanıdığı insana qarğış edə...” - Müğənni  |     14:19 Aysun: Depressiya keçirirəm  |     14:17 Yaşar Yusubdan kişi həmkarlarına: “Qadın kimi…”  |     13:19 Aygün Kazımovadan daha bir diqqətçəkən yenilik  |     12:57 Cavanşir Məmmədov vəfat etdi  |     10:15 Bir millət, iki dövlət: Qardaşlıq layihəsi  |    

Aysel ona rəy yazan şəxsi söydü, qalmaqal yarandı - Fotolar

2.06.2020 - 446 - Sosial

Bakı Lifttəmir İstehsalat Birliyinin keçmiş rəhbəri Qüdrət Şükürovun qızı, qalmaqallı hadisələrlə mediada müzakirələrə səbəb olan Aysel Şükürova növbəti dəfə vətəndaşı təhqir etməklə gündəmə gəlib.

Showxeber.Az  “Qafqazinfo”ya istinadən xəbər verir ki, A.Şükürova sosial şəbəkədə onun atası ilə bağlı başladılan cinayət işi haqda rəy yazan şəxsin özünü və ailəsini təhqir edib.

Aktivist Bəxtiyar Hacıyev keçmiş məmur qızının vətəndaşı ağır söyüşlərlə təhqir edən yazışmasını öz hesabında paylaşıb.



Həmin vətəndaş Cavid Rəcəbov  açıqlamasında bildirib ki, A.Şükürovanın Instagram hesabında paylaşdığı videoya onun atasının liftlərdən pul yığaraq xalqın malını talaması və korrupsioner məmur olması haqda rəy yazıb:

“Ondan sonra mənə qarşı təhqir, böhtan, alçaldıcı ifadələr işlətməyə başladı. Özümə yazıb söyüş söydü. Daha sonra mənim 2014-cü ildə “Instagram” profilimdə paylaşdığım sürücülük vəsiqəmin şəklini götürüb. Oradan polis vasitəsilə bizim ev nömrəmizi tapıb və evimizə zəng edərək anamı və bacımı söyüb. İndi də öz profilində mənim haqda böhtan yayır. Mənim nömrəmi də yayıb, tanımadığım adamlar zəng edib boş-boş danışırlar. Mən Aysel Şükürova ilə bağlı məhkəməyə müraciət edəcəyəm”.
Qeyd edək ki, A.Şükürovanın atası Qüdrət Şükürov haqda 2018-ci ildə külli miqdarda pul mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə cinayət işi başlanılıb.

Bundan öncə isə Q.Şükürovun qızı Ayselin ikinci dəfə ailə qurduğu zaman toyuna 400 min manat xərclədiyi haqda məlumat yayılmışdı. Aysel, eyni zamanda instaqramda fenomendir. Rəsmi təsdiqlənmiş bir milyondan çox izləyicisi olan səhifəsi var.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti