11:28 Faiq Ağayevə SƏRT QADAĞA - tədbirlərdə yalnız yarımsaatlıq çıxış edəcək  |     10:25 Tünzalə Ağayevanın yeni görünüşü  |     14:18 Yalvarmaqdan yorulmuşam" - Brilliant Dadaşovadan oğluna  |     14:14 “Nə yaxşı kı, dünyaya gəlmişəm“ - DOĞUM GÜNÜDÜR  |     15:30 Yusif Mustafayevin ölüm xəbəri yayıldı  |     14:46 Bu gün qızının toyudur - Mediaya qapalı olacaq  |     14:43 "Babamın haqsızlığa ürəyi dözmədi" - FOTOLAR  |     14:40 Aparıcı ilə xanəndə arasında qalmaqal  |     14:26 Amilin verilişində dediyi sözlərə görə cəzalandırıldı  |     14:21 “Bir insan ki, illərdir tanıdığı insana qarğış edə...” - Müğənni  |     14:19 Aysun: Depressiya keçirirəm  |     14:17 Yaşar Yusubdan kişi həmkarlarına: “Qadın kimi…”  |     13:19 Aygün Kazımovadan daha bir diqqətçəkən yenilik  |     12:57 Cavanşir Məmmədov vəfat etdi  |     10:15 Bir millət, iki dövlət: Qardaşlıq layihəsi  |     04:27 “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var” - ŞOK AÇIQLAMA  |     21:49 Rəqsanənin mülklərinə həbs qoyulub - Borclarına görə  |     07:39 İş adamı Manaf Ağayevə ev hədiyyə edib?  |     13:17 Dilarə Brilliant Dadaşovanın məşhur mahnısını oxudu  |     12:17 Qəzaya düşən Aytənlə bağlı ilginc məlumatlar - Dünən...  |    

“Deyirlər, toy olmasın, müğənnilər acından ölsün"

4.06.2020 - 339 - Maqazin

"Bəzi insanlar görəndə ki, kimsə onların yazdığı fikirlə razı deyil, əks fikirlidir və haqlıdır, həmin adamın sözlərini təhrif etməyə başlayır. Belə insanlardan qorxmaq lazımdır. Onlar rahat şəkildə sizi şərləyə bilərlər”.

Bu sözləri müğənni Nura Suri sosial şəbəkədə yazıb. 

O, müğənnilərin hər dəfə tənqid olunmasına sərt şəkildə reaksiya verib: "Çox açıq və başa düşülən formada yazdım ki, niyə başqa söyənlərə reaksiya vermirsiniz? Hər gün məşhurlar haqsız səbəbdən söyülürlər, təhqir olunurlar. 

Niyə reaksiya verib qınamırsınız? Mən dəfələrlə polisə şikayət etmişəm, həmin söyüş söyənlər gəlib, orada üzr istəyib, ağlayıblar. Mənim də ürəyim dözməyib, ərizəmi geri götürmüşəm. Təhqir yazanlar kasıb övladıdır, ya varlıdır, biz bilmirik. Heç bir fərqi yoxdur hansı ailədə tərbiyə alıb. Öz səhifəsində söyüş söyən insanı izləmirəm, tanımıram. Sözlərimin mənasını dəyişmək lazım deyil. Nə dediyimi gözəl anlayırsınız. Məntiqi anlamıram. Bura ən az 5 səhifənin linkin qoya bilərəm: hansılar ki, tanınan və hörmətli insanların ünvanına hər gün açıq şəkildə söyüşlər və təhqirlər yazırlar . Guya, görməmisiniz? Niyə qınamırsınız? Ədalətli olmaq çox çətindir? Ölkədə bir hadisə olan kimi bir bəhanə ilə müğənniləri qınamağa başlayırsız. Asteroid də gəlsə, deyəcəksiniz ki, müğənnilərin ucbatından oldu”. 

Sənətçi toyların olmamasına sevinənlərə də mesaj göndərib: "Toy olmasın, müğənnilər acından ölsün" yazanlar az deyil. Niyə qınamırsınız belələrini? Niyə haqqın tərəfində olmursunuz? Niyə müdafiə etmirsiniz? İnsanın vicdanı, insafı, qanacağı, tərbiyəsi varsa, var, yoxdursa, yoxdur. Bu xüsusiyyətlərin onun sənəti və peşəsi ilə heç bir əlaqəsi yoxdur.

Bəzi kişilər isə sosial şəbəkələrdə qeybət etməzdən öncə düşünsələr, onlar üçün yaxşı olar. Özünüzü həyətdə oturub tum çırtlaya-çırtlaya qeybət edən qadınlara bənzətməyin. Çox pis görünür. Həmişə mərd olun. İnsaflı və vicdanlı olun. Bu, çox vacibdir.
Bir də "Bu müğənnilər xalqın pulu ilə varlanıb" cümləsini işlətməyin. Gülünc görünürsünüz. 

Müğənni oğurluq etmir, rüşvət almır. Halal pulunu qazanır. Müğənni tanınıb sevilmək üçün işləyir, əziyyət çəkir, pul xərcləyir. Mahnıya, klipə, geyimə, stilistə, menecerinə, mətbuat katibinə, reklamına və s... Kiçicik beyninizə uyğun mənasız şərhlərinizi özünüzə saxlayın. Kim mənə nə arzu edirsə, haqqımda nə düşünüb, danışırsa, özünə qaytarıram. Allah düşüncənizə görə min qat artığını yetirsin”.

///Azxeber.com


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti