09:30 "Səsin traktor kimi xırıldayır, oxuya bilmirsən"  |     09:21 Azərbaycanlı müğənni ikinci dəfə ailə qurur  |     13:38 Elnarənin Röya ilə bağlı paylaşımı təəccübləndirdi  |     20:24 Bu verilişlərin də yayım saatı azaldıldı  |     20:18 “Mən və atam zərərçəkənlər üçün 100 milyon köçürdük” - Emin Ağalarov  |     12:12 Yusif Mustafayevə 110 min dollarlıq MAŞIN BAĞIŞLADILAR  |     12:07 “Bu hal təkrarlansa, onları rəzil edəcəyəm!” - Ülviyyə Xəlilbəyli  |     20:27 Zaurun verilişinin yayımı saat yarım azaldıldı  |     20:25 "Zaurun etdiyi yardım heç bir poqramda olmayıb"  |     11:36 Dilarə Kazımovadan retro fotosessiya  |     21:40 Tünzalə “Dünya yalnız səndən ibarət” dedi  |     12:20 Filipp Bakıya bu səbəbdən gəlib  |     18:31 SON DƏQİQƏ! Azərbaycanlı müğənninin anası vəfat etdi  |     15:47 Kadir İnanır xəstəxanaya yerləşdirildi  |     19:56 Röya Bakıya qayıtdı  |     18:41 Aygün Kazımovadan Röya ilə bağlı paylaşım  |     17:26 Namiq Məna oğlunun xəstəliyindən danışdı: “Beynində xoşxassəli şiş...”  |     15:55 Tünzalə Ağayeva Moskvada törədilən terror aktından danışıb  |     06:12 Vəfadan ölüm xəbərinə reaksiya  |     22:18 Silahlı insident baş verən “Vegas City Hall“da Röyanın konserti təxirə salındı  |    

"Az qalıb ki, taksi sürücüləri də oxusun" - Nicat Məhərrəmovla SƏMİMİ MÜSAHİBƏ

4.06.2020 - 331 - Maqazin

"Musiqimizdən demək olar ki, əsər-əlamət qalmayıb. Azərbaycan musiqisi çox zəngindir, amma onu bəzi ifaçılar korlayırlar. Bayağı mahnıların sevilməsinin günahkarı efirlərdir. Musiqidən xəbəri olmayan insanlar efirdə musiqidən danışır". 

BiG.AZ-ın qonağı müğənni Nicat Məhərrəmovdur.

-Nicat, şablon səslənməsin, amma bir sual verim, musiqiyə olan həvəs nədən qaynaqlandı ki, bu sahəyə gəldiniz?


-Musiqi duyumum 6 yaşım olanda özünü göstərib. Düzdür, bunlar mənim yadıma gəlmir, anamın dedikləridir. Onun xatirələrinə əsasən, qazanı karandaşlarla döyəcləyib ritm tuturdum. Anam görüb ki, musiqiyə həvəsim var, məni "7/17" musiqi yarışına gətirib. Burada laureat olmuşam. Daha sonra "Pöhrə", "Dan ulduzu" kimi yarışmalara da qatıldım. Bunların ardınca kliplər çəkdirdim, mahnılar yazdırdım. Qeyd edim ki, mənim ilk oxuduğum mahnı İbrahim Tatlısəsin "Söylə"si olub. Bu mahnının ardınca "Kəpənək" mahnısını ifa etdim. Həmin mahnıya klip çəkdirdim. Bu gün o mahnı Qızıl Fondda saxlanılır.

-Deməli, sənətə gəlməyinizə ananız dəstək olub...

-Ümumiyyətlə, bu sənətdə anam mənə çox dəstək olub. Bu gün də dəstəkdir. Düzdür, atam da dəstək olub amma əlimdən tutub ən çox dəstəkləyən anam olub. Bu günümə çox şükür edirəm. Məni az-çox insanlar tanıyır.

"Az qalıb ki, taksi sürücüləri də oxusun" - Nicat Məhərrəmovla SƏMİMİ MÜSAHİBƏ

-Sizin yaradıcılığını 3 dövrə bölürəm: Xatirə xanımla duetə qədərki mərhələ, duetdən sonrakı populyarlıq mərhələsi və durğunluq dövrü. Nə səbəb oldu ki, siz o populyarlığınızı qoruyub saxlaya bilmədiniz?

-"Yeni ulduz"da iştirak etdiyim zaman hər şey əla idi. Həmin dövrdə müsabiqələrə həvəsim çox idi. Həm də bizim vaxtda efirlərə çıxmaq çətin idi. Hər adam efirə çıxa bilmirdi. Sözün qısası, "Yeni ulduz"dan sonra "Akademiya" adında layihəyə, bundan 1 il sonra isə "Star və sən" adlı müsabiqədə iştirak etdim. Həmin müsabiqənin formatına əsasən, bir iştirakçı bir müğənni ilə duet oxumalı idi. Mən də Xatirə xanım İslamı seçdim. Xatirə xanıma təklif etdik və o da mənə dəstək oldu, beləcə qalib gəldim, avtomobil qazandım. Bunun ardınca Xatirə xanımla "Sevə-sevə" duetini oxuduq. Mahnı çox sevilirdi. Təsəvvür edin, küçədən, ticarət mərkəzlərindən mahnımızı eşidirdim. Daha sonra əsgərliyə gedəsi oldum. Düzdür, əsgərlik vaxtı efirlərə çıxırdım amma yenə də sənətimdə durğunluq özünü göstərirdi. Əsgərlikdən gəldikdən sonra 4 il sənətə fasilə verdim. Əslində buna böyük bir səbəb yox idi, sadəcə tənbəllik fasilə verməyimə səbəb oldu.


-Daha sonra "O səs Türkiyə" layihəsinə qatıldınız. Düz xatırlayıram?

-Tamamilə doğrudur. Bu layihədə iştirak etdim və "Əziz dostum" mahnısını ifa etdim. Bu mahnını oxumağım məni yenidən tanıtdı. Bu müsabiqədə iştirakımı təkcə şou-biznes deyil, ciddi xəbər proqramları da işıqlandırdı. Bilirsiniz ki, müsabiqədə musiqilərin adı anonim şəkildə çəkilir, amma mən Qulu Əsgərov, Bəhram Nəsibovun adlarının verilməsini xahiş etmişdim. Beləliklə, uğurlu mahnı seçimim mənə uğur qazandırdı.

"Az qalıb ki, taksi sürücüləri də oxusun" - Nicat Məhərrəmovla SƏMİMİ MÜSAHİBƏ

-Nicat, bu yaxınlarda bir açıqlama verdiniz ki, Azərbaycan musiqisini çökdürüblər. Bax o çökdürənlər kimlərdir?

-Həqiqətən də, dırnaqarası müğənnilər çökdürüblər. Bu gün hamı oxuyur, əlinə mikrafon alan oxuyur. Çox pis dövrə gəlmişik. Biri var ki, istedadı olsun, biri də var, yoxdur amma oxuyur. Ona görə də bu sahə mənə maraqsız gəlir. Az qalıb ki, taksi sürücüləri də oxusun.

-Konkret adlarını çəkə bilərsiniz?

-Ad çəkməyəcəm, özləri bilirlər kimlərdir. Onlara görə bizim musiqimiz ölüb. Musiqimizdən demək olar ki, əsər-əlamət qalmayıb. Azərbaycan musiqisi çox zəngindir, amma onu bəzi ifaçılar korlayırlar. Bayağı mahnıların sevilməsinin günahkarı efirlərdir. Musiqidən xəbəri olmayan insanlar efirdə musiqidən danışır. Təsəvvür edin, "Ekologiya" himnini ifa edən mən heç onlar qədər iddialı olub fikirlər səsləndirmirəm.

-Nicat, sonuncu sualımı verim, Azərbaycan musiqisinin gələcəyini necə təsəvvür edirsiniz?

-Əgər müdaxilə olunmasa, bu günkü bəzi ifaçıları sənətdən uzaqlaşdırmasalar, 4-5 ilə musiqimiz məhv olacaq. Əgər müdaxilə olunsa, musiqidən anlayışı olan insanları bu sahədə saxlasalar, o zaman mədəniyyətin dirçəlişindən danışmaq olar. Bu gün isə dediyim kimi, mədəniyyət ölüb.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti