11:28 Faiq Ağayevə SƏRT QADAĞA - tədbirlərdə yalnız yarımsaatlıq çıxış edəcək  |     10:25 Tünzalə Ağayevanın yeni görünüşü  |     14:18 Yalvarmaqdan yorulmuşam" - Brilliant Dadaşovadan oğluna  |     14:14 “Nə yaxşı kı, dünyaya gəlmişəm“ - DOĞUM GÜNÜDÜR  |     15:30 Yusif Mustafayevin ölüm xəbəri yayıldı  |     14:46 Bu gün qızının toyudur - Mediaya qapalı olacaq  |     14:43 "Babamın haqsızlığa ürəyi dözmədi" - FOTOLAR  |     14:40 Aparıcı ilə xanəndə arasında qalmaqal  |     14:26 Amilin verilişində dediyi sözlərə görə cəzalandırıldı  |     14:21 “Bir insan ki, illərdir tanıdığı insana qarğış edə...” - Müğənni  |     14:19 Aysun: Depressiya keçirirəm  |     14:17 Yaşar Yusubdan kişi həmkarlarına: “Qadın kimi…”  |     13:19 Aygün Kazımovadan daha bir diqqətçəkən yenilik  |     12:57 Cavanşir Məmmədov vəfat etdi  |     10:15 Bir millət, iki dövlət: Qardaşlıq layihəsi  |     04:27 “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var” - ŞOK AÇIQLAMA  |     21:49 Rəqsanənin mülklərinə həbs qoyulub - Borclarına görə  |     07:39 İş adamı Manaf Ağayevə ev hədiyyə edib?  |     13:17 Dilarə Brilliant Dadaşovanın məşhur mahnısını oxudu  |     12:17 Qəzaya düşən Aytənlə bağlı ilginc məlumatlar - Dünən...  |    

Ekspertdən istirahət günü qadağasına etiraz: “ “BU, VİRUS RİSKİNİ ARTIRACAQ…”

5.06.2020 - 421 - Sosial

"Həftənin istirahət günləri küçələrə çıxmağa qadağa qoyulması yanlış qərardır. Düşünürəm ki, bu əslində virusun daha çox yayılmasına xidmət edəcək”.

Showxeber.Az xəbər verir ki, Bu haqqda Sfera.az-a açıqlamasında bu sözləri cümə günü axşamdan başlayaraq, şənbə və bazar günləri küçəyə çıxmağa qadağa yoyulmasına toxunarkən ReAL-ın icra katibi Natiq Cəfərli deyib:
 
"İnsanlar dünəndən başlayaraq axın şəkildə marketlərə üz tutur.Bu gün də eyni prosesin şahidi olacağıq.Belədə daha çox insanın bir yerə toplaşması baş verir ki, bu da virus riskini daha da artırır. İstirahət günləri obyektləri bağlamaq olar. Məsələn, ticarət mərkəzləri, kafe və restoranları bağlamaq olar ki, insanlar bir yerə toplaşmasın. Amma insanların küçəyə çıxmaması ilə virusun yayılması arasında birbaşa əlaqənin olmadığını artıq dünya sübut edib. Bəzi ölkələr heç bir karantin qaydası tətbiq etməyib. Amma onlarda virusun yayılma sürəti karantin tətbiq olunan ölkələrlə eynidir”.

Həmsöhbətimizin fikrincə, burada insanların sosial məsafə anlayışını, sorumlu davranışını önə çəkməyin vacibliyini qeyd etməliyik: "Əsas məsələ vətəndaşı yeni davranış qaydalarına öyrətməkdir. Azərbaycanda virusun olduğuna inanmayan hələ də milyonlarla insan var. Virusa inanmayan insanı evdə otuzdurmaqla yoluxmanın qarşısını almaq mümkün deyil. Yenidən, birinci günü işə getmək üçün küçəyə çıxanda onlar eyni davranış qaydalarını göstərəcəklər.Dünyanın keçdiyi yol isə sübut etdi ki, vətəndaşın məsuliyyətli davranması üçün onlarla çalışmaq lazımdır. Sosial çarxlar yayımlanmalı, virusla bağlı televiziyalarda ciddi maarifləndirici verilişlərin verilməsinə ehtiyac var. İnsanlara davranış qaydaları öyrədilməlidir. Azərbaycanda isə bunun heç biri yoxdur. Qadağalar yolu ilə məsələni həll etmək mümkün olsaydı, başqa ölkələr çoxdan buna gedərdi”.
 
N. Cəfərli hesab edir ki, mövcud qadağalar mənasızdır:

 "Şənbə və bazar günləri insanları evdə saxlamağın heç bir mənası yoxdur. 1-5 günlər arasında insanlar eyni yerə gedəcək, eyni davranış qaydaları göstərəcəklərsə, istirahət günləri evdə qalmağın nə mənası olacaq? Bunun heç bir məntiqi izahı yoxdur. Ona görə də qadağaları sərtləşdirmək yox, insanları davranış qaydalarına əməl etməyə vərdiş etdirməliyik. Bu istiqamətdə ciddi sosial siyasətə ehtiyac var”.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti