11:28 Faiq Ağayevə SƏRT QADAĞA - tədbirlərdə yalnız yarımsaatlıq çıxış edəcək  |     10:25 Tünzalə Ağayevanın yeni görünüşü  |     14:18 Yalvarmaqdan yorulmuşam" - Brilliant Dadaşovadan oğluna  |     14:14 “Nə yaxşı kı, dünyaya gəlmişəm“ - DOĞUM GÜNÜDÜR  |     15:30 Yusif Mustafayevin ölüm xəbəri yayıldı  |     14:46 Bu gün qızının toyudur - Mediaya qapalı olacaq  |     14:43 "Babamın haqsızlığa ürəyi dözmədi" - FOTOLAR  |     14:40 Aparıcı ilə xanəndə arasında qalmaqal  |     14:26 Amilin verilişində dediyi sözlərə görə cəzalandırıldı  |     14:21 “Bir insan ki, illərdir tanıdığı insana qarğış edə...” - Müğənni  |     14:19 Aysun: Depressiya keçirirəm  |     14:17 Yaşar Yusubdan kişi həmkarlarına: “Qadın kimi…”  |     13:19 Aygün Kazımovadan daha bir diqqətçəkən yenilik  |     12:57 Cavanşir Məmmədov vəfat etdi  |     10:15 Bir millət, iki dövlət: Qardaşlıq layihəsi  |     04:27 “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var” - ŞOK AÇIQLAMA  |     21:49 Rəqsanənin mülklərinə həbs qoyulub - Borclarına görə  |     07:39 İş adamı Manaf Ağayevə ev hədiyyə edib?  |     13:17 Dilarə Brilliant Dadaşovanın məşhur mahnısını oxudu  |     12:17 Qəzaya düşən Aytənlə bağlı ilginc məlumatlar - Dünən...  |    

Samir Xattab : “Tünzalə Ağayeva özü nə müğənnisidir ki?”

13.06.2020 - 656 - Maqazin

Azərbaycanda avropa ulduzlarının konserti ilə məşğul olan təşkilatçı-prodüser Samir Xattab Tünzalə Ağayevanın sözlərinə sərt reaksiya verib.

Showxeber.Az-a açıqlama verən təşkilatçı bildirib ki, Azərbaycanda bütün müğənnilər xeyir işdən qazanır:

“Tünzalə Ağayeva  özü nə müğənnisidir ki? Məgər o da hər kəs kimi toylarda oxuyub ordan pul qazanmır? Bu ölkədə bütün müğənnilər toydan qazanır.

Toyda oxuyan müğənnilər də toy müğənnisi sayılır. Fərqi yoxdur estrada,pop,jazz və s.hansı janrda oxuyur oxusun. Tünzalə Ağayeva deyirmiş ki, “Tamaşaçı bizi eyni rəngə boyamamalıdır.” Sual verin görək hansı rəngə boyanmaq istəyir? Bu nə eqodur?! 

Hətta titulu ilə öyünüb fərqlənmə nümayiş etdirib. Onunla eyni  titulda nəyinki toy, hətta palatka müğənniləri tanıyıram. Xalq Artisti adı artıq heç bir ayrıcalıq deyil. Bu digər sənətçiləri aşağılamaqdır və Şəbnəm Tovuzlunun da buna reaksiyasını tam təqdir edirəm. Digərləri kimi susmayıb, cavab verib. Ən böyük təbii haqqından istfadə edib. 

Tünzalə Ağayeva ictimai əhəmiyyət daşımasına eyham vurarkən nəyi nəzərdə tutub? Heç bir sosial ictimai məsələlərdə nə mövqeyini nə də iştirakını görməmişəm. Yəqin dövlət tədbirləri,seçki kompaniyalarında iştirak və ya hər hansı bir dövlətyönümlü mərasimin açılışında iştiraklarını nəzərdə tutur,amma yanılır. Hər kəsin konsertindən də təlabatından da xəbərim var. Heç kəs də bu ölkədə konsertlərlə dolanmır. Öncədən də deyim ki,

Tünzalə Ağayeva ola bilər desin mən elə təşkilatçı tanımıram indidən cavabı verim.

 Məni tanımamağınız normaldır, çünki mən toy işi ilə məşğul deyiləm, konsert təşkil edirəm.


SHOWXEBER.AZ


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti