11:28 Faiq Ağayevə SƏRT QADAĞA - tədbirlərdə yalnız yarımsaatlıq çıxış edəcək  |     10:25 Tünzalə Ağayevanın yeni görünüşü  |     14:18 Yalvarmaqdan yorulmuşam" - Brilliant Dadaşovadan oğluna  |     14:14 “Nə yaxşı kı, dünyaya gəlmişəm“ - DOĞUM GÜNÜDÜR  |     15:30 Yusif Mustafayevin ölüm xəbəri yayıldı  |     14:46 Bu gün qızının toyudur - Mediaya qapalı olacaq  |     14:43 "Babamın haqsızlığa ürəyi dözmədi" - FOTOLAR  |     14:40 Aparıcı ilə xanəndə arasında qalmaqal  |     14:26 Amilin verilişində dediyi sözlərə görə cəzalandırıldı  |     14:21 “Bir insan ki, illərdir tanıdığı insana qarğış edə...” - Müğənni  |     14:19 Aysun: Depressiya keçirirəm  |     14:17 Yaşar Yusubdan kişi həmkarlarına: “Qadın kimi…”  |     13:19 Aygün Kazımovadan daha bir diqqətçəkən yenilik  |     12:57 Cavanşir Məmmədov vəfat etdi  |     10:15 Bir millət, iki dövlət: Qardaşlıq layihəsi  |     04:27 “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var” - ŞOK AÇIQLAMA  |     21:49 Rəqsanənin mülklərinə həbs qoyulub - Borclarına görə  |     07:39 İş adamı Manaf Ağayevə ev hədiyyə edib?  |     13:17 Dilarə Brilliant Dadaşovanın məşhur mahnısını oxudu  |     12:17 Qəzaya düşən Aytənlə bağlı ilginc məlumatlar - Dünən...  |    

“Bütün Azərbaycanın duaları səninlədir” - Sənət dostları Bəhramdan yazdı

15.06.2020 - 377 - Maqazin

Məlum olduğu kimi, Əməkdar artist Bəhram Bağırzadə koronavirusla mübarizə aparır.

Əməkdar artistin sənət dostları sosial şəbəkələrdə onunla bağlı paylaşımlar edərək, ona mənəvi dəstək olublar.



Xalq yazıçısı Çingiz Abdullayev:

“Bəhram Bağırzadə, bütün fikirlərimiz və ürəyimiz səninlədir, sağal”.  



Xalq artisti Elçin Əzizov:
“Əziz dostum və qardaşım! Sağlamlığın üçün dua edirik! Allah şəfa versin! Bizim doğmamız! Biz hamımız sənin sağlamlığın üçün dua edirik! Sən güclüsən  və mütləq bu xəstəliyə qalib gələcəksən! Sən öz dostlarına, ailənə, ölkənə çox lazımsan! Bizə həmişə bəxş etdiyin sevgi, qayğı və xeyirxahlıq yüzqat özünə qayıtsın! Qoy Ulu Tanrı səni tez sağaltsın!”.



Xalq artisti Murad Dadaşov:
“Dostum-qardaşım! Bəhramımız! Sən tək ailən və dostların üçün yox, hər kəs üçün dəyərli və əziz insansan. Əmin ol ki, bütün Azərbaycanın duaları səninlədir. Sən həmişə imanınla seçilmisən. Allah səni qorusun! Sənin yaxşı bir sloqanın var - #pozitivol! Pozitiv olaq, dostum! Biz hamımız yanındayıq, tez sağal! Səndən şad xəbər gözləyirik! Zəng elə! Səsin gəlsin!”.


Əməkdar artist Cabir İmanov:
“Sən həmişə çox güclü olmusan, güclüsən və olacaqsan. Tez sağal, mənim əziz qardaşım. Allah köməyin olsun!”

Xalq artisti Tünzalə Ağayeva: 
“Bəhram, tez sağal, lütfən. Dualarımızdasan. Allah sənə və bütün xəstələrimizə şəfa versin”.

Aparıcılar Zaur və Günay Baxşəliyevlər:
“Əzizimiz Bəhram Bağırzadə, sənə Allahdan şəfa diləyirik! Tez sağal, aramıza dön, bizi güldür, əyləndir, sevindir, düşündür! Səni çox sevirik! Tezliklə xoş xəbərini eşidək! İnşallah”.

///Qafqazinfo


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti