13:38 Elnarənin Röya ilə bağlı paylaşımı təəccübləndirdi  |     20:24 Bu verilişlərin də yayım saatı azaldıldı  |     20:18 “Mən və atam zərərçəkənlər üçün 100 milyon köçürdük” - Emin Ağalarov  |     12:12 Yusif Mustafayevə 110 min dollarlıq MAŞIN BAĞIŞLADILAR  |     12:07 “Bu hal təkrarlansa, onları rəzil edəcəyəm!” - Ülviyyə Xəlilbəyli  |     20:27 Zaurun verilişinin yayımı saat yarım azaldıldı  |     20:25 "Zaurun etdiyi yardım heç bir poqramda olmayıb"  |     11:36 Dilarə Kazımovadan retro fotosessiya  |     21:40 Tünzalə “Dünya yalnız səndən ibarət” dedi  |     12:20 Filipp Bakıya bu səbəbdən gəlib  |     18:31 SON DƏQİQƏ! Azərbaycanlı müğənninin anası vəfat etdi  |     15:47 Kadir İnanır xəstəxanaya yerləşdirildi  |     19:56 Röya Bakıya qayıtdı  |     18:41 Aygün Kazımovadan Röya ilə bağlı paylaşım  |     17:26 Namiq Məna oğlunun xəstəliyindən danışdı: “Beynində xoşxassəli şiş...”  |     15:55 Tünzalə Ağayeva Moskvada törədilən terror aktından danışıb  |     06:12 Vəfadan ölüm xəbərinə reaksiya  |     22:18 Silahlı insident baş verən “Vegas City Hall“da Röyanın konserti təxirə salındı  |     14:28 Emil Bədəlov xeyli çəki atıb tanınmaz dərəcədə dəyişib  |     12:54 Akif İslamzadənin mahnısına yeni nəfəs qatdı  |    

Azərbaycanlı nağaraçının təcili əməliyyatı üçün yardım aksiyası - FOTO

16.06.2020 - 301 - Sosial

Nağaraçı Zöhrab Məmmədovun səhhətində ciddi problem yaranıb.

Showxeber.Az xəbər verir ki, 73 yaşlı musiqiçinin müalicəsi üçün maddi yardıma ehtiyacı var. Nağaraçının yaxınları bununla bağlı "Facebook"da  yardım kampaniyasına başlayıblar. Onlar musiqiçinin bir həftə vaxtı qaldığını vurğulayıblar.

"Mümkün qədər paylaşın. Bir həftəmiz var. Bir insanın həyatını xilas edək. Məşhur azərbaycanlı nağaraçı Zöhrab Məmmədovun təcili köməyə ehtiyacı var. O, 73 yaşındadır. Bir həftə əvvəl yemək yeməyi dayandırıb, ancaq su istəyir. Ayaqları tutulub, çox kəskin arıqlayıb, taqətsizləşib, çətinliklə danışır" deyə, paylaşımda qeyd edilib.

Şəkərli diabetdən əziyyət çəkən musiqiçi çoxlu qan itirir, eyni zamanda ağciyərləri və bağırsaqları ilə bağlı ciddi problemlər yaşayır.

Z.Məmmədova təcili cərrahiyyə əməliyyatı, ardınca da müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq, sosial şəbəkə istifadəçiləri insanları lazımi məbləği - 3000 manatı toplamağa kömək etməyə çağırır.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti