16.06.2020 - 237 - Sosial
Rusiya sərhədində Azərbaycana qayıtmaq üçün toplaşan vətəndaşlarımızın bir qismi bu gün vətənə yola düşüb.
Showxeber.Az "RİA Novosti"yə istinadən xəbər verir ki, Dağıstan-Azərbaycan sərhədi yaxınlığında müvəqqəti yerləşdirmə məntəqələrində yaşayan 150-dən çox vətəndaşımız avtobuslar vasitəsilə Azərbaycana yola düşüb.
Növbəti göndərişin gələn həftə təşkil olunacağı bildirilib.
Qeyd edək ki, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev açıqlamasında bu gün 150 nəfərdən artıq vətəndaşın ölkəyə keçməsinin təmin olunacağını bildirmişdi.