11:28 Faiq Ağayevə SƏRT QADAĞA - tədbirlərdə yalnız yarımsaatlıq çıxış edəcək  |     10:25 Tünzalə Ağayevanın yeni görünüşü  |     14:18 Yalvarmaqdan yorulmuşam" - Brilliant Dadaşovadan oğluna  |     14:14 “Nə yaxşı kı, dünyaya gəlmişəm“ - DOĞUM GÜNÜDÜR  |     15:30 Yusif Mustafayevin ölüm xəbəri yayıldı  |     14:46 Bu gün qızının toyudur - Mediaya qapalı olacaq  |     14:43 "Babamın haqsızlığa ürəyi dözmədi" - FOTOLAR  |     14:40 Aparıcı ilə xanəndə arasında qalmaqal  |     14:26 Amilin verilişində dediyi sözlərə görə cəzalandırıldı  |     14:21 “Bir insan ki, illərdir tanıdığı insana qarğış edə...” - Müğənni  |     14:19 Aysun: Depressiya keçirirəm  |     14:17 Yaşar Yusubdan kişi həmkarlarına: “Qadın kimi…”  |     13:19 Aygün Kazımovadan daha bir diqqətçəkən yenilik  |     12:57 Cavanşir Məmmədov vəfat etdi  |     10:15 Bir millət, iki dövlət: Qardaşlıq layihəsi  |     04:27 “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var” - ŞOK AÇIQLAMA  |     21:49 Rəqsanənin mülklərinə həbs qoyulub - Borclarına görə  |     07:39 İş adamı Manaf Ağayevə ev hədiyyə edib?  |     13:17 Dilarə Brilliant Dadaşovanın məşhur mahnısını oxudu  |     12:17 Qəzaya düşən Aytənlə bağlı ilginc məlumatlar - Dünən...  |    

Deputat toylarla bağlı yeni format təklif etdi: 15 nəfərlik şənlik

16.06.2020 - 275 - Sosial

"Nikah bağlamalı, toyu 10-15 nəfərlik ailə üzvü ilə keçirməlidirlər”.

Bu sözləri karantinlə əlaqədar mövcud olan toy qadağasının götürülməsi və yuxarısı 50 nəfərin iştirakı ilə toy şənliyinin keçirilməsinə icazə verilməsi məsələsinə münasibət bildirərkən Milli Məclisin deputatı Fazil Mustafa deyib:

 "İndi koronavirus ölkəmizdə güclənməyə başlayıb. İkinci dalğa gəlir. Ona görə də toy şənliklərinə icazə verilməsilə bağlı tövsiyyə verə bilmərəm.

Amma 10-15 nəfərlik ailə üzvü ilə toy tədbirinin keçirilməsi daha məqsədəuyğundur. Vətəndaş situasiyanı nəzərə alıb, yeni ailənin qurulması yolunda çalışmalarını belə gerçəkləşdirə bilər. Nikah bağlamalı, toyu da 10-15 nəfərlik ailə üzvü ilə keçirməlidir”.

"Məsələ dəqiqliklə araşdırıldığı,müəyyən qaydaların tətbiqinə zəmanət veriləcəyi təqdirdə toy şənliklərinə icazə verilə bilər”.

Bunu isə sayta açıqlamasında ictimai xadim Azər Allahverənov bildirib.

Onun sözlərinə görə, keçirilən toylar açıq havada olmalıdır: "Son zamanlar bir sıra ölkələrdə olduğu kimi, açıq havada keçirilən toy məclislərinin şahidi oluruq. Ancaq əsasən toy məclislərimiz qapalı məkanlarda baş tutur.

 Toy məclislərinin keçirilməsilə bağlı ilk növbədə özümüz üçün qaydaları müəyyən etməliyik.Qaydalar da hansısa şərtlər əsasında olmalıdır. Kim zəmanət verə bilər ki, toyda olan 50 adam rəqs edəndə sosial məsafəni gözləyəcək?

Toylar barədə danışırıqsa, pandemiyanın tüğyan etdiyi bir şəraitdə istənilən halda aydiyyatı qurumlar prosesi təhlil etməli, ssenarini elə qurmalıdırlar ki, dediyimiz təhlükələr olmasın. Yəni bütün şərtlərə uyğun olaraq qaydalar müəyyən olunmalıdır. Məsələ dəqiqliklə araşdırıldığı,müəyyən qaydaların tətbiqinə zəmanət veriləcəyi təqdirdə, düşünürəm ki, toy şənliklərinin icazəsi mümkün ola bilər”.

Ancaq həmsöhbətimiz bütün hallarda xidmət göstərən ofisiantlara nəzarətin zəif olduğu və toy məclislərində sanitar-gigiyenik qaydalara hələ də əməl edilməməsi fonundahələlik toy şənliklərinə başlamağın tez olduğu qənaətindədir: 

"Məclisdə xidmət göstərən ofisiantlar da virus daşıyıcısı ola bilərlər. Digər tərəfdən, toy məclislərinin eçirildiyi məkanlarda sanitar-gigiyenik qaydalara əməl edilməsi də problem olaraq qalır. 

Belədə, xoşagəlməz vəziyyət yarana bilər. Ona görə də ehtiyatlı olmaq lazımdır. Toyları pandemiya təhlükəsi bitəndən, 1-2 il sonra da etmək olar. Hər şeyin başında insan sağlamlığı durmalıdır. İnsanlar özləri öz təhlükəsizliyini təmin etməyi bacarmalıdır. Sonra da bunu aydiyyatı qurumlardan tələb etməliyik”.

///Sfera.az


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti