“Hande Harmancının nəyinə lazımdır ki, sən koronavirusa yoluxdun, yoxsa yox“ -

“Hande Harmancının nəyinə lazımdır ki, sən koronavirusa yoluxdun, yoxsa yox“ - Rəşid Mahmudov

Sosial 16-in, 22:17 82
“Ümumdünya Səhiyyə Təşkilatı da elə Azərbaycan kimidir, orda da qaydalara riayət edən yoxdur. Onların bizim ölkələrə təyin etdikləri mütəxəssislərin əksəriyyəti isə savadsızdır”

Bunu Tibb Universitetinin dosenti (ATU) Rəşid Mahmudov deyib. O, Ümumdünya Səhiyyə Təşkilatının fəaliyyətini tənqid edib:

“Biz koronavirusa görə qaydalara riayət etməliyik. Məsafə saxlamalıyıq, görüşəndə öpüşməli deyilik. Amma bizim millətin əksəriyyəti qaydalara riayət etmir, görüşəndə öpüşürlər. Ümumdünya Səhiyyə Təşkilatı da elə Azərbaycan kimidir, orda da qaydalara riayət edən yoxdur. Onların bizim ölkələrə təyin etdikləri mütəxəssislərin əksəriyyəti isə savadsızdır. Hande Harmancının nəyinə lazımdır ki, sən koronavirusa yoluxdun, yoxsa yox. Gedib Qubada, Qusarda meşələrdə gəzir. Elə yaxşı edib gəzir, onsuz da onlar Azərbaycana istirahətə gəlib. Sonra da çıxıb üzr istəyir. Ələ salırlar bizləri? Belə edəndə əlbəttə, insanların koronavirusa şübhəylə yanaşacaqlar”.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancının Azərbaycanın bir sıra şəhər və rayonlarında tətbiq edilən sərtləşdirilmiş xüsusi karantin rejimi günlərində şimal bölgəsində istirahətə yollanması ictimaiyyətdə müzakirələrə səbəb olub.  /Moderator.az
Oxşar xəbərlər
z