23.06.2020 - 305 - Maqazin
"Natavanın səhifəsində yox, başqa bir yerdə onla bağlı paylaşıma yazmışdım. Qarşıma çıxsa, övladını görsəm, yazaram Allah saxlasın. Yaş o yaş deyil ki, kin saxlayaq".
Showxeber.Az xəbər verir ki, bu sözləri Ayan "ATV maqazin onlarla" verilişində qonaq olarkən deyib. O, "Küsülü olduğun bir müğənninin görüntüsünə şərh yazmışdın" sözlərinə belə reaksiya verib:
"Allah onun balasını saxlasın. Sevinirəm ki, ana oldu. Bunun dadını çıxarsın, həyatdan zövq alsın".
Küsülü olmalarının səbəbini açıqlamaq istəməyən Ayan "İnsan özü öz yanından kin saxlayırsa, mən onu dağıda bilməyəcəm. Elə o kinlə də yaşayacaq" sözlərini əlavə edib.