17:02 "Elgizlə Zaur verilişlərinə getməyim üçün mənə pul verir"  |     15:45 Parlaq ulduzlar xalq konsertində  |     15:42 Türkandan plastik əməliyyatını tənqid edənlərə cavab  |     15:39 Aygün Kazımovaya gözlənilməz sürpriz - 23 İL SONRA GÖRÜŞDÜLƏR  |     15:37 Ebru Gündəşin istəyi gündəm oldu - "Üzük başım boyda olsun"  |     15:36 Bakıda 21 yaşlı model bədbəxt hadisədə öldü  |     11:28 Faiq Ağayevə SƏRT QADAĞA - tədbirlərdə yalnız yarımsaatlıq çıxış edəcək  |     10:25 Tünzalə Ağayevanın yeni görünüşü  |     14:18 Yalvarmaqdan yorulmuşam" - Brilliant Dadaşovadan oğluna  |     14:14 “Nə yaxşı kı, dünyaya gəlmişəm“ - DOĞUM GÜNÜDÜR  |     15:30 Yusif Mustafayevin ölüm xəbəri yayıldı  |     14:46 Bu gün qızının toyudur - Mediaya qapalı olacaq  |     14:43 "Babamın haqsızlığa ürəyi dözmədi" - FOTOLAR  |     14:40 Aparıcı ilə xanəndə arasında qalmaqal  |     14:26 Amilin verilişində dediyi sözlərə görə cəzalandırıldı  |     14:21 “Bir insan ki, illərdir tanıdığı insana qarğış edə...” - Müğənni  |     14:19 Aysun: Depressiya keçirirəm  |     14:17 Yaşar Yusubdan kişi həmkarlarına: “Qadın kimi…”  |     13:19 Aygün Kazımovadan daha bir diqqətçəkən yenilik  |     12:57 Cavanşir Məmmədov vəfat etdi  |    

"Azərbaycanda seriala çəkilmək və ev almaq istəyirəm" - Türkiyəli məşhur aktyorla MÜSAHİBƏ

23.06.2020 - 353 - Maqazin

BiG.AZ saytının “Seçilənlər” rubrikasının qonağı “Kurtlar Vadisi Pusu” serialındakı Kara obrazı ilə insanların sevgisini qazanan, hazırda “Payitaht Abdülhamid” serialınındakı Mahmut Paşa obrazı ilə ekranlarda gördüyümüz Hakan Boyavdır.

Hakan bəy karantin dövrünü necə keçirirsiniz?

- Bütün dünyada olduğu kimi bizim ölkəmizdə də, bu virus həyatı dayandırdı. Bütün sahələr kimi serial və film sahəsi də böhranla üzləşdi. Bizim serialda, digər seriallarda çəkilişlərə bir müddətlik fasilə verdi. Amma Türkiyə hazırlıqlı səhiyyə sistemi və Səhiyyə Nazirliyinin bacarıqlı əməkdaşları ilə virusun təsirini minimum dərəcəyə endirməyi bacardı. Bir müddət sonra normallaşma dövrü başladı və serial çəkilişlərimiz də başladı. Hazırda çəkiliş meydançalarındayıq. Evdə qaldığım müddətdə isə sıxılmamağa çalışdım. “Play Station” oynadım, kitab oxudum və bol-bol xəyal qurdum.

"Azərbaycanda seriala çəkilmək və ev almaq istəyirəm" - Türkiyəli məşhur aktyorla MÜSAHİBƏ

Bir şansınız olsaydı indiki türk seriallarında nələri dəyişmək istəyərdiniz?

- Əslində türk serialları yaxşı gedir. Dünyada türk filmlərindən təəssüf ki, bəhs edə bilmirik amma türk serialları ilk sıralardadır. Seriallarımız dünyada sevilir. Buna görə də dəyişdirəcəyim birşey yoxdur, lakin türk seriallarının artıq ölkə daxilində çox çəkildiyini düşünürəm. Biraz daha fərqli məkanlar üçün dünyadakı digər ölkələrlə ortaq iş birliyinin artmasına önəm verərdim. Xüsusilə qardaş türk dövlətlərimizdə ortaq serial çalışmalarımızın sayı artmalıdır. Mən şəxsən Türkiyə - Azərbaycan ortaq istehsalı olan bir layihədə oynamağı çox istəyərəm.

Azərbaycanda tanıdığınız, bəyəndiyiniz məşhurlar var mı?

- Bu mənim ayıbımdır, bağışlayın ki, çox azərbaycanlı məşhurların adlarını bilmirəm. Amma “Kış Güneşi” serialında Nəsrin Cavadzadə ilə çalışmışdıq, orada o, mənim qızım rolunu oynamışdı. Çox istedadlı bir aktrisadır. Bir də aparıcı və aktrisa olan Aysel Nazim xanımı tanıyıram və çox bəyənirəm.

“Kurtlar Vadisi Pusu” serialında oynadığınız Kara obrazı ilə çox sevildiniz. Sizcə Karanın bu qədər uğurlu olmasındakı əsl səbəb nə idi?

- “Kurtlar Vadisi” həm Türkiyədə, həm də dünyada çox sevilən bir serial idi. Kara da o serialın ən əsas obrazlarından biri idi. Tamamilə bir ekşn adamı, əsgər və qəhrəman idi. Həm də Kara obrazının real həyatda bir prototipi var ki, bunu da bilən bilir. O, yəni Kara tam bir qəhrəman türk milliyətçisi idi. Məndən bəzən soruşurlar ki, “ən çox hansı rolunuzu sevirsiniz?” mən də həmişə belə cavab verirəm:

Oynadığım bütün rollar mənim övladım kimidir amma Kara böyük qardaşlarıdır.

"Azərbaycanda seriala çəkilmək və ev almaq istəyirəm" - Türkiyəli məşhur aktyorla MÜSAHİBƏ

Hər aktyorun seriala transferi fərqli olur. Bəs Hakan Boyav “Kurtlar Vadisi”nə necə transfer olundu?

- Əslində digər seriallarda olduğu kimi oldu. “Pana Film”dən zəng edib, obrazı anlatdılar, mən də düşünmədən qəbul etdim. Yaxşı ki, qəbul etmişəm. Nəticədə türk serial tarixinin ən mühüm obrazlarından biri yarandı.


“Kurtlar Vadisi Pusu”dan niyə ayrıldınız? Sizin ayrılığınız izləyənləri məyus etdi. Hətta mediada ayrılıq qərarını sizin təktərəfli olaraq verdiyiniz yazılmışdı. Bu barədə nə deyə bilərsiniz?

- Bəli, günah biraz mənim üzərimdə qaldı, amma əslində elə deyil. “Pana Film “ilə aramızda heç bir zaman şəxsi bir məsələ, bir hörmətsizlik olmayıb. Lakin ayrıldığım zaman sənət cəhətdən fikir ayrılıqlarımız yarandı. “Pana Film” heyəti bir az gəncləşdirməklə bağlı seçim etdi. Dediyim kimi, sənət cəhətdən fikir ayrılıqları yarandı və qopmalar başladı. Amma əsla küsülülük yaranmadı. Hətta bəlli olmaz, bəlkə birgün Karaya vurulan güllələrin saxta olduğu ortaya çıxar və “Kara” seriala geri qayıdar.

“Kurtlar Vadisi Pusu”dan “Beyaz Karanfil” serialına transfer olmaq üçün ayrıldığınız iddiaları doğrudur?

- Bu yalnış bir iddiadır. Eyni şirkətin “Beyaz Karanfil”dən əvvəl çəkimlərinə başladığı “Reaksiyon” serialında da oynaya bilərdim, amma oynamadım. “Beyaz Karanfil” daha sonra yaranmış bir layihədir. Nəticədə tanınmış bir aktyorsanız, bir müddət sonra başqa serialda rol alarsınız. Mən onsuz da heç bir zaman başqa bir seriala görə çəkildiyim serialı yarımçıq buraxacaq adam olmamışam.

Karantin dövründə Azərbaycanlı aparıcı Aysel Nazimin instagram canlı yayımında qonaq olarkən təkrar Kara obrazını oynamağı və hətta Karanın filminin çəkilməsini istədiyinizi söyləmişdiniz. Gələcəkdə belə bir layihə ola bilər mi?

"Azərbaycanda seriala çəkilmək və ev almaq istəyirəm" - Türkiyəli məşhur aktyorla MÜSAHİBƏ

- Kaşki Kara dirilsə... Buna həm mən, həm izləyici, həm televiziya kanalı, həm də “Pana Film” sevinər. Niyə də olmasın? Nəticədə Karanı öz əsgərləri vurdu. Güllələr plastik olub və Kara yenə yeraltında gizlənib. Bu izləyici üçün böyük hadisə olar amma öncə “Pana Film” istəməlidir. Bu olmayacaq iş deyil.

“Kara” filminə gəldikdə isə məncə də bu film çəkilməliydi. Əgər Kara rolunun haqları mənə aid olsaydı, çoxdan bu filmi çəkmişdim. Çünki filmi olacaq bir obrazdır. Təbii ki, buna qərar verəcək olan Pana Filmdir. Onlar isə belə bir film çəkmədilər, seçim onlarındır. Çünki prodüsser onlardır, mən sadəcə aktyoram.

Azərbaycana gəlməyi düşünürsünüz?

- Azərbaycana və digər türk ölkələrinə getməyi çox ama çox istəyirəm. Mənə olduqca maraqlıdır. Əslində bu yay həm Türkiyənin milli oyunları üçün, həm də tətil üçün Azərbaycana gələcəkdim amma koronavirusa görə məcburən ləğv etdik. İlk fürsətdə mütləq gələcəyəm. Hətta arzu edirəm ki, orada bir serial çəkilər və mən də rol alaram. Orada yaşamaq əminəm ki, möhtəşəm olacaq. Bəlkə bir ev alıb orada daha uzun müddət yaşamağa başlayaram. Xəyallarımda var. Niyə də olmasın?

Son olaraq Azərbaycandakı sevənlərinizə demək istədiyiniz nələrsə varmı?

- Bütün Azərbaycan türkü qardaşlarıma salamlar göndərirəm, sağlamlıq arzu edirəm və hamısını çox sevirəm. Unutmayaq ki, biz bir millət iki dövlətik.

Elmir Kərimli


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti