11:28 Faiq Ağayevə SƏRT QADAĞA - tədbirlərdə yalnız yarımsaatlıq çıxış edəcək  |     10:25 Tünzalə Ağayevanın yeni görünüşü  |     14:18 Yalvarmaqdan yorulmuşam" - Brilliant Dadaşovadan oğluna  |     14:14 “Nə yaxşı kı, dünyaya gəlmişəm“ - DOĞUM GÜNÜDÜR  |     15:30 Yusif Mustafayevin ölüm xəbəri yayıldı  |     14:46 Bu gün qızının toyudur - Mediaya qapalı olacaq  |     14:43 "Babamın haqsızlığa ürəyi dözmədi" - FOTOLAR  |     14:40 Aparıcı ilə xanəndə arasında qalmaqal  |     14:26 Amilin verilişində dediyi sözlərə görə cəzalandırıldı  |     14:21 “Bir insan ki, illərdir tanıdığı insana qarğış edə...” - Müğənni  |     14:19 Aysun: Depressiya keçirirəm  |     14:17 Yaşar Yusubdan kişi həmkarlarına: “Qadın kimi…”  |     13:19 Aygün Kazımovadan daha bir diqqətçəkən yenilik  |     12:57 Cavanşir Məmmədov vəfat etdi  |     10:15 Bir millət, iki dövlət: Qardaşlıq layihəsi  |     04:27 “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var” - ŞOK AÇIQLAMA  |     21:49 Rəqsanənin mülklərinə həbs qoyulub - Borclarına görə  |     07:39 İş adamı Manaf Ağayevə ev hədiyyə edib?  |     13:17 Dilarə Brilliant Dadaşovanın məşhur mahnısını oxudu  |     12:17 Qəzaya düşən Aytənlə bağlı ilginc məlumatlar - Dünən...  |    

Fatimə Fətəliyeva: “Koronavirus heç kəsdən soruşmur ki, immunitetin güclüdürmü?”

24.06.2020 - 339 - Maqazin

Rəqqasə Fatimə Fətəliyevanın PostNews.Az-a müsahibəsi.

– Hazırda Azərbaycanda COVİD-19 virusuyla mübarizə davam edir və bu səbəbdən karantin rejimi təyin olunub. Maraqlıdır, bugünkü vəziyyətə görə nə kimi tədbirlər görürsünüz?

– Gigiyena qaydalarına riayət etməyən duruma görə çox məyus oluram. Bu, tək kiminsə başına gəlməyib, bu, dünayada baş verən hadisədir. Başqa ölkələrə nəzər yetirsək, görərik ki, insanlar nəzərdə tutulan bütün qaydalara riayət edirlər və istər- istəməz virusa yoluxanların sayı azalır. Amma bizdə insanların əksəriyyəti koronovirusun yayılmasını ciddi qəbul etmir və düşünürlər ki, belə bir virus yoxdur. Heç kəs buna əmin deyil. Koronavirus heç kəsdən soruşmur ki, immunitetin güclüdürmü? Şou-biznes nümayəndələri məni qınayır, lakin deməliyəm ki, bu, Allahın göndərdiyi cəzadır. Ona görə də, hər bir günə Allahıma şükür edirəm. Mən xalqımıza və dövlətimizə cansağlığı arzulayıram!
Əvvəla, evə daxil olanda tibbi maskanı çıxarıb, zibil qutusuna tullayıram. Onu yenidən istifadə etmirəm. Xüsusilə, əllərimi paltar sabunla yuyuram. Məlumatınız olsun ki, paltar sabunu bütün virusları öldürən sabundur. Paltarımı tez-tez dəyişirəm, əllərimi spirtlə dezinfeksiya edirəm. Ailə üzvlərimi hər tərəfli qoruyuram.

– Xüsusi gigiyenik qaydalara riayət etməklə sağlamlığınızı qoruyursunuz. Güman edirəm ki, səhnəmizin göyçək Fatiməsi gözəl olmağının sirri özünə qulluqdan irəli gəlir…

– Bu barədə məndən tez-tez soruşurlar. Əsasən də xanımlar bununla maraqlanırlar. Onlara məsləhət verirəm ki, əvvəl daxili aləmləri gözəl olsun.
Təbii ki, sağlam qidalardan istifadə edirəm, idmandan da geri qalmıram. Artıq mənim bədənim idmana öyrəşib. Üzümə xüsusi kosmetoloji masklarla qulluq edirəm və vitaminlər qəbul edirəm.

– Bu arada, sizi təbrik edirəm. Şou-biznesin gənc nənəsi statusunu daşıyırsınız. Bununla bağlı təəssüratlarınızı bilmək xoş olardı.

– Nəvəm olanda şokda idim ki, nənə olmuşam. Amma indi onun videolarına baxanda, mənə çox xoş gəlir. Olmayanlara qismət olsun!

– Özünüzə rəqqasəlikdən başqa bir gəlir yeri düşünmüsünüz?

– Gəlir yerim var, hal-hazırda şəxsi biznesim dayanıb. Lakin həyat yoldaşımla birgə yeni ailəvi biznesimizi qurmuşuq. Ailəvi dönər məkanı açmışıq. Orada təkcə dönərin növləri deyil, həmçinin kəbab da təklif olunur. Hər şəxs qonağımız ola bilər. Sevə-sevə gözləyirik.

– Nə zamansa, depressiyaya düşüb rəqqasəliyi tərk etmək istəmisiniz?

– Rəqqasəlikdən imtina etsəm həmin dəqiqə depressiyaya düşərəm. Sanki ötən gün pis oldum, başladım rəqs etməyə, yoqa ilə məşğul olmağa. Həmin an depressiyadan çıxdım. Yəni ki, rəqs həyatıma siraət edib.

ELMAN MƏMMƏDOV


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti