10:15 Bir millət, iki dövlət: Qardaşlıq layihəsi  |     04:27 “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var” - ŞOK AÇIQLAMA  |     21:49 Rəqsanənin mülklərinə həbs qoyulub - Borclarına görə  |     07:39 İş adamı Manaf Ağayevə ev hədiyyə edib?  |     13:17 Dilarə Brilliant Dadaşovanın məşhur mahnısını oxudu  |     12:17 Qəzaya düşən Aytənlə bağlı ilginc məlumatlar - Dünən...  |     12:09 Aytən Səfərovanın qabırğaları qırılıb - Həyat yoldaşı açıqladı  |     18:05 “8 martda Aygün Kazımovaya gül göndərdim” - Röya Ayxan  |     13:13 Lətifə Soyuözdən illər sonra yenilik - Audio  |     22:01 Tünzalə Ağayeva “Beynəlxalq Mədəniyyət Günü”ndə  |     11:18 "Gələcəkdə Ajda Pekkan kimi olacağam" - Xoşqədəm  |     09:56 Türkan Vəlizadə səs-küy yaradan estetik əməliyyatını şərh etdi  |     13:53 O pul olmasaydı, məcbur qalıb evimi, qızıllarımı satacaqdım - Xatun  |     13:50 Aygün Kazımova və Zülfiyyə Xanbabayeva bir arada - Fotolar  |     13:45 "TikTok bağlansın, oradakıların həyat tərzi tüfeylidir" - Müşfiq Abbasov  |     13:43 Röya “Sənə nə” dedi - Video  |     18:11 Xalq artisti canlı yayımda kövrəldi  |     16:40 "Ölkədə ziyalı yoxdur ki, müğənnilər ekspert olub?"  |     22:01 Xalq artisti Natiq Şirinovun qızının toyu olacaq  |     07:45 Röya Ayxan: “Bir gün Elnarə Xəlilovanın boğazından yapışacağam” - Video  |    

2 şəhid anası: Şəhidlər üçün oxuyanlara toxunmayın

27.06.2020 - 308 - Sosial

Polislərə həsr edilən "Yaşa Azərbaycan” adlı mahnı sosial şəbəkələrdə və mediada geniş yayılıb. Cəmiyyətdə ziyalılar, xalq artistləri, fəal gənclər ifaçılara dəstək olublar.


Gənc ifaçılara dəstək olan şəxslərdən biri də 2 övladını vətən uğrunda şəhid olan Zeynəb Bayramovadır.


Şəhid anası AZXEBER.COM-a açıqlamasında məlum video haqda danışıb: 


"Videonu şəhid oğlumun övladı, nəvəm Zeynəb mənə göstərdi. Baxanda kövrəldim çox. Gənclərin belə addım atması, şəhid polisləri yad etməsi çox kövrəltdi məni. Çox  gözəl  ifa  edirdilər. Çox  ölkədə  bu  təşəbbüsdən  istifadə  edirlər. Bu videonu çox bəyəndim. 


Zeynəb Bayramova gəncləri tənqid edənlərə səslənib: 
"Ancaq onların bu ifasını təhqir edənləri də gördüm. Ayıb olsun onlara. Şəhidlər üçün oxuyanlara toxunmayın.Başqa nə deyim ki. Oxumaqda nə qəbahət  var. "Yaşa  Azərbaycan" mahnısı  milli  mahnıdır. Onu  tək  polislər  üçün  deyil  ətraf  sakinlər  üçün  də  ifa  ediblər. Hər yerdə  pis  də  var yaxşı  da  var. Polisin  də  həmçinin. Onlar  asayişin  keşiyində  dayanırlar. Əhalini  təhlükələrdən  qoruyurlar. Mən  iki  Şəhid  anasıyam. Mən  qadınlarımıza,  qızlarımıza  qarşı  kobudluq  edənlərə  tənqid edirəm. Mənim aprel döyüşlərində şəhid verdiyim Vaqifim  üç  körpə  qoyub  gedib. Burda  bütün  polislər  ən  əzizləri  kimi  onların  üstündə  əsirlər. Mənim  yaxşı   insanlara  hörmət  qoyan  polislərə  rəğbətim  var. Onlar burda  bütün  şəhid  ailələrinə  hörmətlə  yanaşırlar. 
Şəhid anası deyib ki, polislərə dəstək olmaq lazımdır: 


"Onu da bilin ki, polis olmasa ölkədə xaos olar. Hər insanın bir problemi olan kimi ilk növbədə polisə müraciət edir. Azərbaycanın və Şəhid Azərbaycan Polislərinin şərəfinə oxunan mahnı ağıllı adamların hər birinin ürəyincədir. Bu mahnını bəhanə edib camaatı qarşı-qarşıya qoymaq olmaz. Əksinə, bu video hamını birləşdirməlidir.
Şəhidlərimizin ruhlarının xoş olması üçün, Gəlin bir olaq, yumruq olaq! Yenə də Yaşa Yaşa Azərbaycan deyək”. 


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti