09:30 "Səsin traktor kimi xırıldayır, oxuya bilmirsən"  |     09:21 Azərbaycanlı müğənni ikinci dəfə ailə qurur  |     13:38 Elnarənin Röya ilə bağlı paylaşımı təəccübləndirdi  |     20:24 Bu verilişlərin də yayım saatı azaldıldı  |     20:18 “Mən və atam zərərçəkənlər üçün 100 milyon köçürdük” - Emin Ağalarov  |     12:12 Yusif Mustafayevə 110 min dollarlıq MAŞIN BAĞIŞLADILAR  |     12:07 “Bu hal təkrarlansa, onları rəzil edəcəyəm!” - Ülviyyə Xəlilbəyli  |     20:27 Zaurun verilişinin yayımı saat yarım azaldıldı  |     20:25 "Zaurun etdiyi yardım heç bir poqramda olmayıb"  |     11:36 Dilarə Kazımovadan retro fotosessiya  |     21:40 Tünzalə “Dünya yalnız səndən ibarət” dedi  |     12:20 Filipp Bakıya bu səbəbdən gəlib  |     18:31 SON DƏQİQƏ! Azərbaycanlı müğənninin anası vəfat etdi  |     15:47 Kadir İnanır xəstəxanaya yerləşdirildi  |     19:56 Röya Bakıya qayıtdı  |     18:41 Aygün Kazımovadan Röya ilə bağlı paylaşım  |     17:26 Namiq Məna oğlunun xəstəliyindən danışdı: “Beynində xoşxassəli şiş...”  |     15:55 Tünzalə Ağayeva Moskvada törədilən terror aktından danışıb  |     06:12 Vəfadan ölüm xəbərinə reaksiya  |     22:18 Silahlı insident baş verən “Vegas City Hall“da Röyanın konserti təxirə salındı  |    

Siyavuş Novruzov: “30 qəpiklik maska alıb taxsınlar, gedib 200 manat cərimə verməsinlər”

29.06.2020 - 282 - Sosial

Milli Məclisin plenar iclasında komitə sədri Siyavuş Novruzov  çıxış edərək qoruyucu maska taxmayanlara qarşı cərimələrin artırılması barədə qanun layihəsini müdafiə etdiyini bildirib.


"Bu, milli təhlükəsizlik, dövlət təhlükəsizliyi, ailə təhlükəsizliyi məsələsidir. Hər bir ailə dövlətin əsasını qoyduğunu nəzərə alsaq, hər bir məhv olan ailənin dövlətin sütunlarını sarsıtdığını da nəzərə almalıyıq. Təkcə cərimə ilə deyil, digər inzibati metodlarla da biz bunun qarşısını almağa çalışmalıyıq” - , deyə S.Novruzov bildirib.


Komitə sədri cərimələrin yüksək olmasına etiraz edənlərə də cavab verib: "Biz vətəndaşdan xahiş edirik ki, 30 qəpiklik maska alıb taxsın, gedib 200 manat cərimə verməsin. Bu, onun özünün, ailəsinin təhlükəsizliyinin qorunmasıdır. Hüquqlar o vaxt məhdudlaşdırılır ki, digərlərinin hüquqları pozulur. Hər kəs çalışmalıdır ki, digərlərinin hüququnu pozmasın”.


S.Novruzov digər bir məsələyə də diqqət çəkib: "Təsəvvür edin ki, Azərbaycan Prezidentinin təşəbbüsü əsasında bütün dünya bir yerə yığışır. Cənab Prezidentin təklifi ilə BMT-nin 130-dan artıq ölkəsi bu məsələnin müzakirəsi üçün toplaşır. Bizim xalq gərək nümunə ola”.


S.Novruzov dedi ki, şayiə yayanlar, böhtan yazanların da barəsində ölçü götürülməlidir. İnternetdə pandemiyanın olmadığını, bunun yalan olduğunu yazanlar barədə ölçü götürülməlidir.  İctimai yerlərdə şayiə yayanlar da var. Bəziləri də şayiə yayır ki, əşi, siz qaydanı pozun, cənab Prezident, Birinci vitse-prezident cərimələri ödəyəcək. Evinin üstündə domino oynayan, yaxud kabab çəkənin cəriməsini Prezident , ya Birinci vitse-prezident niyə ödəməlidir? Qaydaları pozan şəxs zəhmət çəkib cəriməsini versin və ondan sonra necə lazımdır, maska taxacaq”.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti