29.06.2020 - 306 - Maqazin
Çəkilişləri Dominikanda aparılan "Survivor" yarışmasından geri dönən kikboks üzrə 6 qat dünya çempionu Pərviz Abdullayev hələ də Türkiyədədir.
Showxeber.Az axşam.az-a istinadən bildirir ki, idmançı yarışmanın finalına qədər Bakıya qayıtmayacağını deyib. Bu haqda Pərviz idmançı Kamil Zeynallının paylaşdığı videoda bildirib.
"İstanbuldayam, iyulun 13-14-də finaldır. Onu gözləyirəm. Ondan sonra Bakıya qayıdacam" deyə, P.Abdullayev söyləyib.
İdmançı gələn il yarışmaya yenə qatılacağını söyləyib.