30.06.2020 - 662 - Maqazin
Müğənni Roza Zərgərli karantin ərəfəsində yaradıcılığında bir çox yeniliklər edib.
Showxeber.Az xəbər verir ki, sənətçi evdə oturduğu müddətdə layihələr haqda fikirləşdiyini deyib.
Zərgərli ilk olaraq duetini təqdim edəcəyini söyləyib. O bildirib ki, bu dəfə də duet ortağı müğənni Əkbər Əliyev olacaq:
"Çalışacağıq ki, 20 günə duet təqdim olunsun. Mahnı "Gecələr qara" adlanır. Bəstəkarı Arzu Abasovadır. Fikrimcə, gözəl mahnıdır.
Seviləcəyinə ümid edirəm". R.Zərgərli solo konsertə hazırlaşdığını da bildirib. O qeyde dib ki, karantin bitən kimi konsert tarixini dəqiqləşdirəcək.