30.06.2020 - 286 - Sosial
"SMS-icazəyə limit qoyulması ilə bağlı qərar tibbi qərargahda deyil, operativ qərargahda qəbul olunmuş qərardır və yəqin ki, bunun müzakirəsi olacaq”.
Showxebet.Az xəbər verir ki, bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva bu gün keçirilən brifinqdə deyib:
"Xüsusi karantin rejiminin tətbiq olunmasında məqsəd insanların bir-biri ilə təmasının azaldılmasıdır. Bizim məqsədimiz xəstəliyin yoluxma zəncirinin qırılmasıdır. Ona görə bu tədbirlər görülür”.