18:02 Xalq artisti: “Qadının qəlbi məzar, kişinin qəlbi isə dükan kimidir”  |     13:32 3-4 saatlıq verilişləri 30 dəqiqəyə endirildi - ŞOK İDDİA  |     13:31 3-4 saatlıq verilişləri 30 dəqiqəyə endirildi - ŞOK İDDİA  |     17:27 Aygün Bəylərin keçmiş həyat yoldaşından gecikmiş paylaşım  |     17:25 “İlhamə Quliyeva qalib olmağımı istəmirdi” - Günel  |     17:22 İlkin Həsəninin qızı xəstəxanaya yerləşdirildi  |     17:20 "Avroviziya" mahnımız təqdim olundu - Video  |     17:17 "Mənə yox, gedib Xoşqədəm, Lalə və Zaura baxırsınız"  |     17:13 Vəfa Zeynalovanın səhhətində problem yaranıb  |     17:11 Bunu ilk dəfə Dilarə etdi  |     10:10 Aygün Kazımova "Qardaşlıq dastanı" gecəsində  |     21:24 "Qısqananlar çatlasınlar" - Afaq Aslan  |     13:39 “Yaprak dökümü”nün Hayriyesi illər sonra  |     13:36 “Oruc tuta bilmirəm, amma iftar süfrəsi açıram”  |     13:35 Atasının 40-ı çıxmamış oxuyub-oynamasında ÖZÜNƏ HAQQ QAZANDIRDI  |     12:41 Məhkəmə Təranə Səmədova ilə bağlı QƏRAR VERDİ  |     11:26 Yeni layihə üçün sarışın oldu  |     22:47 Nanə Ağamalıyevaya vəzifə verildi  |     22:43 Namiqdən Aygün Kazımova ilə bağlı açıqlama  |     20:45 Zeynəb Xanlarova ilə xoş xatirələrini bölüşdü  |    

2 İyul Azərbaycan Polisi Günüdür

2.07.2020 - 420 - Sosial

Heydər Əliyevin 24 may 1998-ci ildə imzaladığı 710 nömrəli Fərmanına əsasən, 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının təsis edildiyi gün - 2 iyul Azərbaycan Polisi Günü elan edilib.

Showxeber.Az xəbər verir ki,  Daxili İşlər Nazirliyi və onun təşkilati strukturu olan polis orqanları 1918-1920-ci illəri əhatə edən fəaliyyəti dövründə böyük vətənpərvərliklə ilk müstəqil Azərbaycan dövlətinin milli maraqlarının müdafiəsində mühüm rol oynayıb, Cümhuriyyətin süqutundan sonra Azərbaycanın Sovet İttifaqının tərkibində olduğu 70 il ərzində də inkişaf edib, ictimai asayişin qorunmasında yüksək nəticələr və zəngin təcrübə qazanıb.

  1988-ci ildə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü ilk olaraq rəşadətlə dəf edən nizami qüvvə milis, sonrakı illərdə Daxili Qoşun hissələri olub. Bu döyüşlərdə 1695 polis əməkdaşı və hərbi qulluqçu şəhidlik zirvəsinə ucalıb, 1710 nəfər isə yaralanıb. Göstərdikləri şücaət və igidliklərə görə 67 nəfər “Azərbaycanın Milli Qəhrəmanı” adına, 1143 nəfər orden və medallara layiq görülüb.

  Müstəqilliyin sonrakı illərində də Azərbaycan daxili işlər orqanlarının fəaliyyəti gərgin olub. Belə ki, cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi vəzifələrini yerinə yetirərkən 99 polis əməkdaşı və hərbi qulluqçu həlak olub, 2640 nəfər xəsarət alıb.

  Azərbaycan Polisi güclü maddi-texniki bazası, ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının qorunması üzrə dəqiq təşkil edilmiş sistemi və peşəkar kadr korpusu olan vahid mərkəzləşdirilmiş hüquq-mühafizə orqanıdır.

Qurum vətəndaşların qanunla qorunan hüquq və mənafelərini etibarlı müdafiə etməkdə, cinayətkarlığa, onun transmilli mütəşəkkil növlərinə qarşı mübarizədə adekvat cavab tədbirləri görməkdə davam edir.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti