"Türkiyədə Günel və Tunardan başqa müğənnimizi tanımırlar"

"Türkiyədə Günel və Tunardan başqa müğənnimizi tanımırlar"

Maqazin 02-iy, 17:17 63
"Türkiyədə bizim müğənnilərdən Günel və Tunarı tanıyırlar. Başqaları gedirlər, başlayırlar danışmağa elə etdim, yaratdım. Maraqlıdır, kimi tanıdılar?".

Showxeber.Az Axşam.az-a istinadən  xəbər verir ki, bu sözləri Əməkdar artist Zöhrə Abdullayeva "5/5" verilişində deyib. Müğənni Türkiyədə tanınmağa çalışan sənət adamlarından danışıb. O bildirib ki, Günel Zeynalova və Tunar Rəhmanoğludan başqa heç kim qardaş ölkədə məşhurlaşa bilməyib:

"Bir də Üzeyir Mehdizadənin qarşılanmasını gördüm. Fəxr etdim... Güneli orada 13 yaşından tanıyırlar. O qız təpədən dırnağa qədər musiqidir.

Türklər bizi sevmir, musiqimizi bəyənirlər. Bizim müğənnilər güclüdür, onlar da xoşlamırlar. Türklər bura gələndə onları yüksək tuturuq. Sosial şəbəkədə belə şərh yazanda mənimlə dalaşırlar".
Oxşar xəbərlər