11:28 Faiq Ağayevə SƏRT QADAĞA - tədbirlərdə yalnız yarımsaatlıq çıxış edəcək  |     10:25 Tünzalə Ağayevanın yeni görünüşü  |     14:18 Yalvarmaqdan yorulmuşam" - Brilliant Dadaşovadan oğluna  |     14:14 “Nə yaxşı kı, dünyaya gəlmişəm“ - DOĞUM GÜNÜDÜR  |     15:30 Yusif Mustafayevin ölüm xəbəri yayıldı  |     14:46 Bu gün qızının toyudur - Mediaya qapalı olacaq  |     14:43 "Babamın haqsızlığa ürəyi dözmədi" - FOTOLAR  |     14:40 Aparıcı ilə xanəndə arasında qalmaqal  |     14:26 Amilin verilişində dediyi sözlərə görə cəzalandırıldı  |     14:21 “Bir insan ki, illərdir tanıdığı insana qarğış edə...” - Müğənni  |     14:19 Aysun: Depressiya keçirirəm  |     14:17 Yaşar Yusubdan kişi həmkarlarına: “Qadın kimi…”  |     13:19 Aygün Kazımovadan daha bir diqqətçəkən yenilik  |     12:57 Cavanşir Məmmədov vəfat etdi  |     10:15 Bir millət, iki dövlət: Qardaşlıq layihəsi  |     04:27 “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var” - ŞOK AÇIQLAMA  |     21:49 Rəqsanənin mülklərinə həbs qoyulub - Borclarına görə  |     07:39 İş adamı Manaf Ağayevə ev hədiyyə edib?  |     13:17 Dilarə Brilliant Dadaşovanın məşhur mahnısını oxudu  |     12:17 Qəzaya düşən Aytənlə bağlı ilginc məlumatlar - Dünən...  |    

Müğənni Kərim Abbasov: "Oxuyan kimi, çağırıb cərimə yazırlar"

4.07.2020 - 627 - Maqazin

"Elə dövrdür ki, oxuya bilmirik. Oxuyan kimi, çağırıb cərimə yazırlar. Qəribə bir dövrdəyik, çıxıb oxuyursan, polis yığır ki, gəl bura. Musiqiçiləri yığıb məşq də edə bilmirəm. Deyəcəklər, sosial məsafə qorunmayıb. Heç yerdə oxumaq olmaz".

Showxeber.Az Azmedia.az-a istinadən  xəbər verir ki, bu sözləri müğənni Kərim Abasov İnstaqramda canlı yayımda deyib. Sənətçi bir müddət əvvəl istirahət mərkəzlərindən birində səhnəyə çıxması və karantin qaydalarını pozması ilə bağlı xəbərlərə münasibət bildirib:
 
"Bu qaydalar ancaq müğənnilərə aiddir? Marketə gedirəm, işçilər maska taxmır. Bu yaxınlarda marketdə baxıram ki, kassada təcili yardım işçiləri dayanıb, maska, əlcək yoxdur. İstədim sosial şəbəkədə paylaşım, sonra etmədim. Avtobuslarda insanlar bir-birinə yapışır, məsafə qorunmur".
 
Özü üçün həyət evi alıb, orada yaşadığını deyən Kərim bildirib ki, binada qala bilmir:

"Yeni tikilidən ev aldım, həyatımın ən qara günləri idi. Yuxarıda gəzənlər, yan qonşu... Hamının səsi evin içində idi. Qonşu uşaqlarını gündə söyürdü. Eşitmədiyim söyüşləri eşitdim. Ana balanı, bala ananı söyür. Ömürboyu həyət evində yaşayan adam üçün çətin idi. Hamı səni izləyir: evə neçə nəfər gəldi, qadın, kişi, uşaq sayırdılar. Bina evini elə bil özümə türmə almışdım. Liftə minəndə qonşular bütün şou-biznesi, qazandığımız pulu soruşurdu: doğrudur Aygünlə Namiq ayrılıb? Siz rahat pul qazanırsınız...".


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti