18:02 Xalq artisti: “Qadının qəlbi məzar, kişinin qəlbi isə dükan kimidir”  |     13:32 3-4 saatlıq verilişləri 30 dəqiqəyə endirildi - ŞOK İDDİA  |     13:31 3-4 saatlıq verilişləri 30 dəqiqəyə endirildi - ŞOK İDDİA  |     17:27 Aygün Bəylərin keçmiş həyat yoldaşından gecikmiş paylaşım  |     17:25 “İlhamə Quliyeva qalib olmağımı istəmirdi” - Günel  |     17:22 İlkin Həsəninin qızı xəstəxanaya yerləşdirildi  |     17:20 "Avroviziya" mahnımız təqdim olundu - Video  |     17:17 "Mənə yox, gedib Xoşqədəm, Lalə və Zaura baxırsınız"  |     17:13 Vəfa Zeynalovanın səhhətində problem yaranıb  |     17:11 Bunu ilk dəfə Dilarə etdi  |     10:10 Aygün Kazımova "Qardaşlıq dastanı" gecəsində  |     21:24 "Qısqananlar çatlasınlar" - Afaq Aslan  |     13:39 “Yaprak dökümü”nün Hayriyesi illər sonra  |     13:36 “Oruc tuta bilmirəm, amma iftar süfrəsi açıram”  |     13:35 Atasının 40-ı çıxmamış oxuyub-oynamasında ÖZÜNƏ HAQQ QAZANDIRDI  |     12:41 Məhkəmə Təranə Səmədova ilə bağlı QƏRAR VERDİ  |     11:26 Yeni layihə üçün sarışın oldu  |     22:47 Nanə Ağamalıyevaya vəzifə verildi  |     22:43 Namiqdən Aygün Kazımova ilə bağlı açıqlama  |     20:45 Zeynəb Xanlarova ilə xoş xatirələrini bölüşdü  |    

“Anamın vəziyyətində nisbətən də olsa, yaxşılaşma müşahidə edilir” - Teleaparıcıdan AÇIQLAMA

11.07.2020 - 312 - Sosial

"Nəinki media nümayəndəsi olaraq, hər şeydən öncə bir vətəndaş, övlad kimi anamın timsalında virusa yoluxanların canı ilə çarpışmasının şahidi oldum”.

Showxeber.Az  oxu.az-a istinadən xəbər verir ki, bu sözləri anası koronavirusa yoluxan həmkarımız, ATV telekanalının aparıcısı Pərvin Əsgərli deyib. Onun sözlərinə görə, anasının vəziyyətində nisbətən də olsa, müsbət irəliləyiş müşahidə olunur:

"Anamla az əvvəl telefonda danışdım. Onunla söhbət zamanı palatadakılardan gələn səsləri, Allahdan dilənən yardımları eşitdim. Bu, məni çox sarsıtdı. Sanki anamla hər danışanda onun gözləri ilə oradakı xəstələri də görürəm. Anam hazırda Bakı Sağlamlıq Mərkəzində müalicə alır. Həkimlər vəziyyətini ciddi nəzarətdə saxlayırlar. Əvvəlkinə nisbətən müsbət dəyişikliklər var. Bu, məni sevindirir. Ancaq həkimlər müalicənin hələ davam etdiyini deyirlər.

Bakı Sağlamlıq Mərkəzinin bütün rəhbərliyinə, koronavirus xəstələrinə baxan, onları sağlamlıqlarına qovuşduran bütün həkimlərə təşəkkür edirəm. Fəxr edirəm ki, ölkəmizdə sizin kimi peşəkar həkimlərimiz var. Anamın vəziyyəti ilə bağlı narahat olan, maraqlanan hər kəsə minnətdaram”.
P.Əsgərli insanlara səslənərək sağlamlıqlarını qorumalarını tövsiyə edib:

"İnanın ki, bu virus var və adi qrip deyil. Özünüzü, valideynlərinizi, övladlarınızı qoruyun. Maskadan istifadə edin. Ətrafınızdakı insanlar riayət etməsə, onlara da tövsiyə edin. Özünüzü və əzizlərinizi düşünün, sosial məsafəyə, karantin qaydalarına əməl edin”.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti