04:27 “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var” - ŞOK AÇIQLAMA  |     21:49 Rəqsanənin mülklərinə həbs qoyulub - Borclarına görə  |     07:39 İş adamı Manaf Ağayevə ev hədiyyə edib?  |     13:17 Dilarə Brilliant Dadaşovanın məşhur mahnısını oxudu  |     12:17 Qəzaya düşən Aytənlə bağlı ilginc məlumatlar - Dünən...  |     12:09 Aytən Səfərovanın qabırğaları qırılıb - Həyat yoldaşı açıqladı  |     18:05 “8 martda Aygün Kazımovaya gül göndərdim” - Röya Ayxan  |     13:13 Lətifə Soyuözdən illər sonra yenilik - Audio  |     22:01 Tünzalə Ağayeva “Beynəlxalq Mədəniyyət Günü”ndə  |     11:18 "Gələcəkdə Ajda Pekkan kimi olacağam" - Xoşqədəm  |     09:56 Türkan Vəlizadə səs-küy yaradan estetik əməliyyatını şərh etdi  |     13:53 O pul olmasaydı, məcbur qalıb evimi, qızıllarımı satacaqdım - Xatun  |     13:50 Aygün Kazımova və Zülfiyyə Xanbabayeva bir arada - Fotolar  |     13:45 "TikTok bağlansın, oradakıların həyat tərzi tüfeylidir" - Müşfiq Abbasov  |     13:43 Röya “Sənə nə” dedi - Video  |     18:11 Xalq artisti canlı yayımda kövrəldi  |     16:40 "Ölkədə ziyalı yoxdur ki, müğənnilər ekspert olub?"  |     22:01 Xalq artisti Natiq Şirinovun qızının toyu olacaq  |     07:45 Röya Ayxan: “Bir gün Elnarə Xəlilovanın boğazından yapışacağam” - Video  |     07:42 “Ərəblər evimi pis günə qoydu, bir saat ağladım” - Nadir Qafarzadə  |    

Gələn həftə Azərbaycanda leysan və dolu gözlənilir - XƏBƏRDARLIQ

11.07.2020 - 273 - Sosial

Həftənin birinci yarısında Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin iyulun 14-15-də gecə və səhər saatlarında bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, cənub küləyi 8-13 m/s-dək güclənəcək.
 
Havanın temperaturu həftənin birinci yarısında gecə 22-25, gündüz 30-35 dərəcə isti olacaq. Həftənin ikinci yarısında yağmursuz hava şəraiti gözlənilir. Şimal küləyi 8-13 m/s, iyulun 16-17-də arabir 15-20 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 22-25, gündüz 29-34 dərəcə isti təşkil edəcək.

Həftənin birinci yarısında Azərbaycanın əsasən şimal və qərb rayonlarında, həftənin ikinci yarısında isə əksər rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi 5-10 m/s, həftənin ikinci yarısında arabir 18-23 m/s-dək güclənəcək.   

Havanın temperaturu gecə 20-25, gündüz 31-36, həftənin birinci yarısında bəzi yerlərdə 38 dərəcə isti, dağlarda gecə 15-18, gündüz 18-23, həftənin birinci yarısında bəzi yerlərdə 25 dərəcə isti olacaq.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti