13.07.2020 - 248 - Sosial
Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz rayonunun Dondar Quşçu kəndini D-30 topundan atəşə tutub.
Bu barədə Showxeber.Az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, kənd sakinlərinə heç bir ziyan dəyməyib.
Düşmənin bütün təxribatlarına qarşı qoşunlarımız tərəfindən daha sərt cavab tədbirləri görülür.