18.07.2020 - 311 - Maqazin
"Huysuz Virjin" obrazı ilə tanınan aparıcı-müğənni Seyfi Dursunoğlu vəfat edib.
Showxeber.Az Axşam.az-a istinadən xəbər verir ki, 15 gün mədəsində yaranan problemə görə xəstəxanada müalicə alan S.Dursunoğlu nəfəs və orqan çatışmazlığına görə 3 gün reanimasiyada olub.
Aparıcı bu gün saat 20:00-da həyatını itirib.
Qeyd edək ki, Seyfi Dursunoğlunun koronovirusdan öldüyü haqda məlumatlar da yayılıb.