12:57 Cavanşir Məmmədov vəfat etdi  |     10:15 Bir millət, iki dövlət: Qardaşlıq layihəsi  |     04:27 “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var” - ŞOK AÇIQLAMA  |     21:49 Rəqsanənin mülklərinə həbs qoyulub - Borclarına görə  |     07:39 İş adamı Manaf Ağayevə ev hədiyyə edib?  |     13:17 Dilarə Brilliant Dadaşovanın məşhur mahnısını oxudu  |     12:17 Qəzaya düşən Aytənlə bağlı ilginc məlumatlar - Dünən...  |     12:09 Aytən Səfərovanın qabırğaları qırılıb - Həyat yoldaşı açıqladı  |     18:05 “8 martda Aygün Kazımovaya gül göndərdim” - Röya Ayxan  |     13:13 Lətifə Soyuözdən illər sonra yenilik - Audio  |     22:01 Tünzalə Ağayeva “Beynəlxalq Mədəniyyət Günü”ndə  |     11:18 "Gələcəkdə Ajda Pekkan kimi olacağam" - Xoşqədəm  |     09:56 Türkan Vəlizadə səs-küy yaradan estetik əməliyyatını şərh etdi  |     13:53 O pul olmasaydı, məcbur qalıb evimi, qızıllarımı satacaqdım - Xatun  |     13:50 Aygün Kazımova və Zülfiyyə Xanbabayeva bir arada - Fotolar  |     13:45 "TikTok bağlansın, oradakıların həyat tərzi tüfeylidir" - Müşfiq Abbasov  |     13:43 Röya “Sənə nə” dedi - Video  |     18:11 Xalq artisti canlı yayımda kövrəldi  |     16:40 "Ölkədə ziyalı yoxdur ki, müğənnilər ekspert olub?"  |     22:01 Xalq artisti Natiq Şirinovun qızının toyu olacaq  |    

"Həyata qayıtmaq istidən yanan səhrada yol getmək kimi idi"

27.07.2020 - 234 - Sosial

"İlk növbədə həkimlərə, daha sonra isə mənim sağalmağım üçün dua edən hər kəsə təşəkkür edirəm. Həyata qayıtmaq istidən yanan sonsuz bir səhrada yol getmək kimi idi. Sonunda məni təmiz su axınları qarşıladı. Bunlar dualarınızdı, əziz dostlarım".

Showxeber.Az xəbər verir ki, bu sözləri Əməkdar artist Bəhram Bağırzadə sosial şəbəkədə yazıb. Bir aydan çoxdur ki, koronavirus infeksiyası ilə mübarizə aparan aktyor sağalmasından bəhs edib:

"Namaz əsnasında məscidlərdə və evdə mənim üçün dua etdiniz, xristian kilsələrində şam yandırdınız və sinaqoqların müdrik sükutunda yaradana səslədiniz. Hətta heç bir dinə etiqad etməyənlər o qədər isti, səmimi sözlər söylədilər ki, mənim üçün onlar da bir dua oldu. Tanış və dost olduğum hər kəsə çox təşəkkür edirəm!

Tanımadığım insanlara xüsusi təşəkkür edirəm, çünki dualarınız və dəstəyiniz mənim üçün insan mehribanlığının ən təsirli, parlaq və əvəzolunmaz təzahürü oldu. Tanrı sizi hər zaman qorusun. Sizə və sevdiyiniz hər kəsə can sağlığı diləyirəm".


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti