27.07.2020 - 389 - Sosial
Aztimes.az saytının redaktoru Pərvin Abışova özünü öldürmək istəyib.
Showxeber.Az News24.az-a istinadən xəbər verir ki, jurnalist bu gün saat 01:30 radələrində yaşadığı evdə xeyli sayda dərman ataraq özünə sui-qəsd edib. Pərvin Abışova 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Yaxınlarının dediyinə görə jurnalistin vəziyyəti orta-ağır olaraq qalır.
Qeyd edək ki, Pərvin Abışova 3 uşaq anasıdır. /aktual tv/