17:02 "Elgizlə Zaur verilişlərinə getməyim üçün mənə pul verir"  |     15:45 Parlaq ulduzlar xalq konsertində  |     15:42 Türkandan plastik əməliyyatını tənqid edənlərə cavab  |     15:39 Aygün Kazımovaya gözlənilməz sürpriz - 23 İL SONRA GÖRÜŞDÜLƏR  |     15:37 Ebru Gündəşin istəyi gündəm oldu - "Üzük başım boyda olsun"  |     15:36 Bakıda 21 yaşlı model bədbəxt hadisədə öldü  |     11:28 Faiq Ağayevə SƏRT QADAĞA - tədbirlərdə yalnız yarımsaatlıq çıxış edəcək  |     10:25 Tünzalə Ağayevanın yeni görünüşü  |     14:18 Yalvarmaqdan yorulmuşam" - Brilliant Dadaşovadan oğluna  |     14:14 “Nə yaxşı kı, dünyaya gəlmişəm“ - DOĞUM GÜNÜDÜR  |     15:30 Yusif Mustafayevin ölüm xəbəri yayıldı  |     14:46 Bu gün qızının toyudur - Mediaya qapalı olacaq  |     14:43 "Babamın haqsızlığa ürəyi dözmədi" - FOTOLAR  |     14:40 Aparıcı ilə xanəndə arasında qalmaqal  |     14:26 Amilin verilişində dediyi sözlərə görə cəzalandırıldı  |     14:21 “Bir insan ki, illərdir tanıdığı insana qarğış edə...” - Müğənni  |     14:19 Aysun: Depressiya keçirirəm  |     14:17 Yaşar Yusubdan kişi həmkarlarına: “Qadın kimi…”  |     13:19 Aygün Kazımovadan daha bir diqqətçəkən yenilik  |     12:57 Cavanşir Məmmədov vəfat etdi  |    

Tovuzda şəhid olan Elşad Məmmədovun daha bir övladı dünyaya gələcək

28.07.2020 - 378 - Sosial

"Bəzən həyatımda elə təsadüflər baş verir ki, özüm belə məəttəl qalıram ... Elə hadisələr yaşanır ki, təsirindən uzun müddət özümə gələ bilmirəm... Eynilə bu gün yaşanan hadisə kimi ...”


Showxeber.Az AZXEBER.COM-a istinadən  xəbər verir ki, bu sözləri aparıcı Hacı Nuran instqramda yazıb. Tovuz döyüşlərdində şəhid olan Eşlad Məmmədovun ailəsini ziyarət edən Hacı Nuran hərbiçinin daha bir övladı dünyaya gələcəyinni xəbər verib:


"Təsadüfmü, zərurətmi Tovuzun Ağdam kəndinə gəlib çıxdım. Bu kənddə iyul ayının 12 də Tovuz sərhəddində şəhid olmuş Elşad Dönməz oğlu Məmmədovun (10.01.1996 - 12.07.2020) evində qonaq oldum... Əslində bu şəhidin evinə baş çəkmək, onun ata-anası ilə görüşmək mənim borcum idi. Olduqca mehriban insandırlar Dönməz kişi ilə Nuriyə ana, amma gözlərindəki qüssəni, kədəri görməmək üçün kor olmaq lazımdır... Biz çox şeydən danışdıq: Elşadın uşaqlığından tutmuş toyuna qədər... Söhbət əsnasında onu da öyrəndim ki, tezliklə bu ürəyi dağlı ata ilə ananın daha bir nəvəsi olacaq. Onları övladlarının ölümü ilə sınağa çəkən Allah o dərdi azacıq da olsa ovutmaq üçün onlara ikinci nəvəni qismət edəcək. Tezliklə şəhid Elşad Məmmədovun daha bir övladı doğulacaq. O övlad ki atasının igidliyi, qorxmazlığı barədə həmişə nənə-babasından nağıllar eşidəcək. O övlad ki həmişə fəxr edəcək şəhid Elşad Məmmədovun övladı olduğu üçün. Məncə, bir atanın övladı üçün bundan böyük qoyub gedəcəyi ad yoxdur. Ruhun şad olsun, igid şəhid”.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti