13:38 Elnarənin Röya ilə bağlı paylaşımı təəccübləndirdi  |     20:24 Bu verilişlərin də yayım saatı azaldıldı  |     20:18 “Mən və atam zərərçəkənlər üçün 100 milyon köçürdük” - Emin Ağalarov  |     12:12 Yusif Mustafayevə 110 min dollarlıq MAŞIN BAĞIŞLADILAR  |     12:07 “Bu hal təkrarlansa, onları rəzil edəcəyəm!” - Ülviyyə Xəlilbəyli  |     20:27 Zaurun verilişinin yayımı saat yarım azaldıldı  |     20:25 "Zaurun etdiyi yardım heç bir poqramda olmayıb"  |     11:36 Dilarə Kazımovadan retro fotosessiya  |     21:40 Tünzalə “Dünya yalnız səndən ibarət” dedi  |     12:20 Filipp Bakıya bu səbəbdən gəlib  |     18:31 SON DƏQİQƏ! Azərbaycanlı müğənninin anası vəfat etdi  |     15:47 Kadir İnanır xəstəxanaya yerləşdirildi  |     19:56 Röya Bakıya qayıtdı  |     18:41 Aygün Kazımovadan Röya ilə bağlı paylaşım  |     17:26 Namiq Məna oğlunun xəstəliyindən danışdı: “Beynində xoşxassəli şiş...”  |     15:55 Tünzalə Ağayeva Moskvada törədilən terror aktından danışıb  |     06:12 Vəfadan ölüm xəbərinə reaksiya  |     22:18 Silahlı insident baş verən “Vegas City Hall“da Röyanın konserti təxirə salındı  |     14:28 Emil Bədəlov xeyli çəki atıb tanınmaz dərəcədə dəyişib  |     12:54 Akif İslamzadənin mahnısına yeni nəfəs qatdı  |    

Bir olaq, Dəstək Olaq !

28.07.2020 - 317 - Sosial

“Dəstək ol!” - www.destekol.az - layihəsinin həyata keçirilməsində 
məqsəd cəmiyyətdə ehtiyacı olan insanlara yardım etmək arzusunda olan 
fərdlər, eləcə də müvafiq xidmətlərə ehtiyac duyan fərdlər arasında 
ünsiyyət və əlaqə körpüsünün yaradılmasıdır.


“Dəstək ol!” layihəsi könüllü, ictimai fəaliyyətdə sizin vasitəçiniz 
olacaq. İnsanlara yardım edərək, çöhrələrində və həyatlarında bir şölə 
yandırmaq, onlara sevinc bəxş etmək arzusunda olan insanlar məişətdə 
istifadə etmədikləri maddi ləvazimatlarını (kitab, oyuncaq, geyim, 
mebel, ev əşyaları, qida və s.) qarşılıqlı faydalanma prinsipi əsasında 
ehtiyacı olan insanlarla paylaşma imkanı əldə edəcəklər.
Həmçinin, müxtəlif peşə sahibləri fəaliyyət göstərdikləri sahələr üzrə 
ehtiyacı olan fərdlərə ictimai əsaslarla xidmətlər (hüquqi xidmət, 
təhsil xidməti, tibbi xidmət və s.) təklif edə biləcəklər.


Belə ki, yardım edəcək fərdlər, eləcə də yardıma dəstək duyan fərdlər 
platformaya daxil olaraq qeydiyyatdan keçə və əks olunan iki bölmədə 
(“Ehtiyacım var” bölməsi, “Təklifim var” bölməsi) müvafiq xidməti təklif 
edə, eləcə də əldə edərək bəhrələnə bilərlər.
Ehtiyacı olan insanlara ictimai əsaslarla, könüllü şəkildə yardım etmək 
amalı ilə portala daxil olan şəxslər “Təklifim var” bölməsində paylaşmaq 
istədikləri əşya(lar)ın fotolarını yerləşdirməli və başlıq hissədə qısa 
məlumat qeyd etməlidirlər. Müvafiq olaraq çalışdıqları sahədə insanlara 
xidmət ilə töhfə vermək arzusunda olan şəxslər qeyd olunan bölmədə 
xidmətin məzmunu barədə və əlaqə imkanları barədə elan 
yerləşdirməlidirlər.


Missiyamız – cəmiyyət üzvləri arasında könüllü fəaliyyətinin və ictimai 
iştirakçılığın təmin olunması
Məqsədimiz – cəmiyyətdə faydalı könüllü fəaliyyətinin təşviq olunması, 
cəmiyyətin həssas qrupuna daxil olan fərdlərinə xidmətlərin 
əlçatanlığının təmin edilməsi və davamlı dəstəyin göstərilməsi


Bir-birimizə könüllü Dəstək Olaq !


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti