21:49 Rəqsanənin mülklərinə həbs qoyulub - Borclarına görə  |     07:39 İş adamı Manaf Ağayevə ev hədiyyə edib?  |     13:17 Dilarə Brilliant Dadaşovanın məşhur mahnısını oxudu  |     12:17 Qəzaya düşən Aytənlə bağlı ilginc məlumatlar - Dünən...  |     12:09 Aytən Səfərovanın qabırğaları qırılıb - Həyat yoldaşı açıqladı  |     18:05 “8 martda Aygün Kazımovaya gül göndərdim” - Röya Ayxan  |     13:13 Lətifə Soyuözdən illər sonra yenilik - Audio  |     22:01 Tünzalə Ağayeva “Beynəlxalq Mədəniyyət Günü”ndə  |     11:18 "Gələcəkdə Ajda Pekkan kimi olacağam" - Xoşqədəm  |     09:56 Türkan Vəlizadə səs-küy yaradan estetik əməliyyatını şərh etdi  |     13:53 O pul olmasaydı, məcbur qalıb evimi, qızıllarımı satacaqdım - Xatun  |     13:50 Aygün Kazımova və Zülfiyyə Xanbabayeva bir arada - Fotolar  |     13:45 "TikTok bağlansın, oradakıların həyat tərzi tüfeylidir" - Müşfiq Abbasov  |     13:43 Röya “Sənə nə” dedi - Video  |     18:11 Xalq artisti canlı yayımda kövrəldi  |     16:40 "Ölkədə ziyalı yoxdur ki, müğənnilər ekspert olub?"  |     22:01 Xalq artisti Natiq Şirinovun qızının toyu olacaq  |     07:45 Röya Ayxan: “Bir gün Elnarə Xəlilovanın boğazından yapışacağam” - Video  |     07:42 “Ərəblər evimi pis günə qoydu, bir saat ağladım” - Nadir Qafarzadə  |     07:39 Elton Hüseynəliyev toy qiymətlərini niyə artırıb?  |    

Türkiyədəki “Jara-2020” də təxirə salındı

28.07.2020 - 312 - Maqazin

27-28 avqustda Bodrumda keçirilməsi planlaşdırılan “Jara-2020” Beynəxalq Musiqi Festivalı təxirə salınıb.

Bu barədə tədbir təşkilatçıları sosial şəbəkədə məlumat veriblər.

“Biz var gücümüzlə çalışırdıq ki, yay sizin üçün ancaq ən parlaq və musiqili təəssüratlarla yadda qalsın.

Lakin vəziyyət başqa cürdür və biz “Jara” musiqi festivalını təxirə salmağa məcburuq”, - Jara TV-nin instaqramda yerləşdirdiyi məlumatda deyilir.

Qeyd olunur ki, tədbirin yeni keçirilmə tarixi barədə ən yaxın vaxtlarda məlumat veriləcək, daha əvvəl alınmış bütün biletlər keçərli olacaq.

“Biz istəyirik ki, festivalda özünüzü sakit və rahat hiss edəsiniz və ölkənin ən populyar artistlərinin hitlərinin sədaları altında keçirdiyiniz vaxtdan maksimum həzz ala biləsiniz”, - təşkilatçılar qeyd edirlər.

Xatırladaq ki, daha əvvəl “Jara-2020” festivalı koronavirus pandemiyası səbəbindən Azərbaycanda da təxirə salınmışdı. “Jara-2021” Bakıda 28 iyul - 1 avqust tarixlərində keçiriləcək, konsert proqramı və dəvət olunmuş artistlər eyni qalacaq.

///Qafqazinfo


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti