17:02 "Elgizlə Zaur verilişlərinə getməyim üçün mənə pul verir"  |     15:45 Parlaq ulduzlar xalq konsertində  |     15:42 Türkandan plastik əməliyyatını tənqid edənlərə cavab  |     15:39 Aygün Kazımovaya gözlənilməz sürpriz - 23 İL SONRA GÖRÜŞDÜLƏR  |     15:37 Ebru Gündəşin istəyi gündəm oldu - "Üzük başım boyda olsun"  |     15:36 Bakıda 21 yaşlı model bədbəxt hadisədə öldü  |     11:28 Faiq Ağayevə SƏRT QADAĞA - tədbirlərdə yalnız yarımsaatlıq çıxış edəcək  |     10:25 Tünzalə Ağayevanın yeni görünüşü  |     14:18 Yalvarmaqdan yorulmuşam" - Brilliant Dadaşovadan oğluna  |     14:14 “Nə yaxşı kı, dünyaya gəlmişəm“ - DOĞUM GÜNÜDÜR  |     15:30 Yusif Mustafayevin ölüm xəbəri yayıldı  |     14:46 Bu gün qızının toyudur - Mediaya qapalı olacaq  |     14:43 "Babamın haqsızlığa ürəyi dözmədi" - FOTOLAR  |     14:40 Aparıcı ilə xanəndə arasında qalmaqal  |     14:26 Amilin verilişində dediyi sözlərə görə cəzalandırıldı  |     14:21 “Bir insan ki, illərdir tanıdığı insana qarğış edə...” - Müğənni  |     14:19 Aysun: Depressiya keçirirəm  |     14:17 Yaşar Yusubdan kişi həmkarlarına: “Qadın kimi…”  |     13:19 Aygün Kazımovadan daha bir diqqətçəkən yenilik  |     12:57 Cavanşir Məmmədov vəfat etdi  |    

ŞAD XƏBƏR! Dərslər sentyabrın 15-də başlanacaq - Elçin Əfəndidən AÇIQLAMA

29.07.2020 - 327 - Sosial

2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrində dərslər sentyabr ayında ənənəvi qaydada başlanacaq.

” Bu fikirləri təhsil eksperti Elçin Əfəndi Metbuat.az-a özəl müsahibəsində bildirib. Onun sözlərinə görə, pandemiya dövrünü nəzərə alaraq şagirdlərin dərslərdə iştirak edə bilməsi üçün müvafiq qaydalar hazırlanır. “

Burada əsasən siniflərdə şagirdlərin sayı 15 nəfərə qədər azaldılaraq, tək-tək parta arxasında oturmaq şərti ilə tədris proqramı həyata keçirilə bilər.

Sentyabrda dərslərin ənənəvi qaydada başlanmasına səbəb birinci sinif şagirdlərinin müəllimlərinə öyrəşməsinə şərait yaratmaqdır. Amma ali və orta ixtisas məktəblərinin birinci kurs tələbələri üçün dərslər ixtisaslaşma və imtahanların gec başlanması səbəbindən oktyabrda planlaşdırılır.”

Elçin Əfəndi bildirdi ki, əgər ikinci dalğa yoluxma başlanarsa, pandemiyanın uzadılmasına qərar verilərsə o zaman yenidən 2021-ci ilin əvvəlinə qədər dayandırılacaq.

“Burada tədris müddətində dərs vaxtının azaldılıb qısaldılması müzakirə olunmur. Çünki yoluxma olarsa bu 20 dəqiqə ərzində də baş verə bilər. Payız-qış aylarında respirator xəstəliklərin artması fonunda yoluxma yenidən xüsusi karantin səviyyəsində olarsa o zaman dərslərin dayandırılması və 2021 ci ilin yanvar ayından sonra başlanması da istisna deyil.’’

Qeyd edək ki, "Pandemiya dövründə təhsil" mövzusunda onlayn konfransda Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirmişdi ki, onlayn təhsil nə qədər yaxşı görünsə və pandemiyada ən vacib rolu olsa da üzbəüz təhsilin effektini vermir:

'' Bəzi müəllimlərdə onlayn alətlərdən daha səmərəli istifadəni təəssüf ki, görmürük. Görülməli olan işlər daha çoxdur. İndi də işlər görülür, Təhsil Nazirliyinin bu məsələlərlə bağlı xüsusi platforması var. Ümid edirik ki, sentyabrda dərslərə pandemiyadan əvvəlki formada başlayacağıq, ancaq hər bir halda işlər görülür”.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti