29.07.2020 - 301 - Maqazin
Müğənni Şəbnəm Tovuzlu Nigar Camalla aralarında qalmaqala səbəb olan "Gucci" kəmərini tərsinə taxmasından danışıb.
O, bu barədə ATV telekanalında yayımlanan "7 Canlı" proqramında qonaq olan zaman danışıb:
"Hamı o məsələni çox qabartdı. İnsan yanlış edə bilməz? Sağ olsun, Nigar xanım (müğənni Nigar Camal) belə dedi. Nə olsun, ola bilsin sən dünyanı gəzmisən, "Gucci"ni boynundan asırsan.
Həmin gün o qədər çəkilişim var idi ki, paltarlarımı maşında dəyişirdim. Çox şeyi unutmuşam, o yaralara qayıtmaq istəmirəm. Nigar Camal az qaldı kəməri boğazına taxıb danışsın. Biz uyğun gəlmirik.
Mən başqa, o insanlar başqa qəlbə sahibdilər".
///YeniSabah