15:30 Yusif Mustafayevin ölüm xəbəri yayıldı  |     14:46 Bu gün qızının toyudur - Mediaya qapalı olacaq  |     14:43 "Babamın haqsızlığa ürəyi dözmədi" - FOTOLAR  |     14:40 Aparıcı ilə xanəndə arasında qalmaqal  |     14:26 Amilin verilişində dediyi sözlərə görə cəzalandırıldı  |     14:21 “Bir insan ki, illərdir tanıdığı insana qarğış edə...” - Müğənni  |     14:19 Aysun: Depressiya keçirirəm  |     14:17 Yaşar Yusubdan kişi həmkarlarına: “Qadın kimi…”  |     13:19 Aygün Kazımovadan daha bir diqqətçəkən yenilik  |     12:57 Cavanşir Məmmədov vəfat etdi  |     10:15 Bir millət, iki dövlət: Qardaşlıq layihəsi  |     04:27 “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var” - ŞOK AÇIQLAMA  |     21:49 Rəqsanənin mülklərinə həbs qoyulub - Borclarına görə  |     07:39 İş adamı Manaf Ağayevə ev hədiyyə edib?  |     13:17 Dilarə Brilliant Dadaşovanın məşhur mahnısını oxudu  |     12:17 Qəzaya düşən Aytənlə bağlı ilginc məlumatlar - Dünən...  |     12:09 Aytən Səfərovanın qabırğaları qırılıb - Həyat yoldaşı açıqladı  |     18:05 “8 martda Aygün Kazımovaya gül göndərdim” - Röya Ayxan  |     13:13 Lətifə Soyuözdən illər sonra yenilik - Audio  |     22:01 Tünzalə Ağayeva “Beynəlxalq Mədəniyyət Günü”ndə  |    

Avqustun 5-dən sonra kafe və restoranlar açılacaqmı? - AÇIQLAMA

29.07.2020 - 350 - Sosial

Avqustun 5-dən etibarən Bakıda xüsusi karantin rejiminin yüngülləşdirilməsi gözlənilir, xüsusən də restoranların, kafelərin, parklarda bulvarlarda isə bəzi əyləncə obyektlərinin açılma ehtimalı nəzərdən keçirilir. Lakin karantin məhdudiyyətlərinin yüngülləşdirilməsi turistlərin tam yoxluğu və əhalinin ödənişqabiliyyətli tələbatının azalması fonunda baş verir. Yeni reallıqlarda təklifləri uyğunlaşdırmaq, dəyişmiş tələbatı nəzərə alaraq yeni məhsul və xidmətlər hazırlamaq üçün bir hansı yaradıcı həllər tələb olunacaq?

Bununla bağlı Sonxeber.az-a danışan deputat Müşfiq Cəfərov bildirib ki, son günlərin statistikasına baxsaq görərik ki, yoluxanların sayında azalma müşahidə olunur:

"Bundan əlavə sağalanların sayı da xeyli artıb. Avqustun 5-dən sonra Operativ Qərargahın qərarı olacaq. Operativ Qərargahın avqustun 5-dən sonra hansı qərarı verəcəyi barəsində fikir səslədirmək çətindir. Düşünürəm ki, sağalanların çoxalması, virusa yoluxanların sayının azlaması avqustun 5-dən sonra sərt karantin rejiminin yumşalmasına səbəb ola bilər. Ona görə də çox ehtimal ki, sərt karantin rejiminə görə bağlanan bir çox iaşə obyektləri, parklar, kafe və restoranlar müəyyən qaydalara əməl etmə şərti ilə açıla bilər. Yəni maska taxmaq, sosial məsafəni qorumaq və sanitar epidemoloji qaydalara əməl etmək vacib amillərdən biri olmalıdır. Çünki yay ayında evdə oturmaq çətindir. Bundan əlavə insanlarımız işləmirsə bu onlar üçün müəyyən çətinliklər yaradır. Ancaq virusu da nəzərə almalıyıq. Əgər avqustun 5-dən sonra parklar, kafe və restoranlar açılacaqsa insanlarımızın qoyulacaq qaydalara əməl etməsi vacibdir. Bu məsələdə arxayın olmaq olmaz. Xatırlayırsınız ki, 2 ay bundan öncə yumşalma olan zaman yoluxanların sayı kəskin artdı. Dövlət də məcbur oldu ki, yoluxma daha çox olan rayon və şəhərlərdə sərt karantin rejimi yenidən tətbiq etsin".


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti